son dəqiqə SON DƏQİQƏ
Dünya Çempionatı: Azərbaycan medal sayına görə üçüncü oldu ● "Onun 2-ci komandaya göndərilməsi klubun daxili intizam qərarı idi" ● "Sumqayıt" ilk qələbəsini qazandı ● Zirədə qollu bərabərlik ● "Bizə vaxt lazımdır" ● MPL: Zirədə qalib müəyyənləşmədi, "Sumqayıt" "Qəbələ"ni məğlub etdi ● "Şükür, bu gün meydanda vuruşaraq xalımızı qazandıq" ● "Çox yaxşı futbolçudur, istədiyimiz oyunçulardandır" ● Rəhim Həsənovun cəsarətsiz və ya yarınmağa çalışan hakimləri ● "Sumqayıt" - "Qəbələ": ● I Liqa: "Baku Sportinq" Yevlaxda "Gəncəbasar"a uduzub ● "Meydanda qat-qat yaxşı oynayan komanda biz idik" ● "Zirə" - "Şamaxı": ● Kokauri finalda, Kənan Nəsibov bürünc medal uğrunda yarışacaq ● Dünya Çempionatı: İki cüdoçumuz 1/4 finala, biri yarımfinala yüksəlib ● "Məncə, 0:0 oyunun gedişatına uyğun və tam normal nəticədir" ● DÇ: İki cüdoçumuz 1/8 finalda ● Dünya Çempionatı: Madina Kaisinova mundialla vidalaşıb ● "Neftçi"yə qarşı oynayarkən məhz bu komponentlərdə üstün olmalısan" ● Azərbaycanın 5 boksçusu Avropa Çempionatının finalına yüksəlib ● Camal Qamzatxanovdan uğurlu start ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 idmançımız mübarizəyə başlayır ● Premyer Liqa klublarının yay transferləri ● Millimiz “Antalyaspor”u məğlub edib ● “Zirə”nin rəhbəri Qırğızıstanda ● Dambrauskas: “Buna siz qərar verərsiniz” ● Vernidub: “Baş məşqçi başqa cür düşünsə…” ●

AVF-in rəsmisi Çempionlar Liqasına təyinat alıb

Bölmə adı Voleybol
Yayımlandı 3-05-2026, 14:13

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidentinin müşaviri, Avropa Voleybol Konfederasiyasının (CEV) İdarə Heyətinin üzvü Cəlil Cəfərov qadınlar arasında Çempionlar Liqasının "Dördlər Finalı"nda CEV nümayəndəsi kimi iştirak edir.


Sport1.az xəbər verir ki, Cəfərov Türkiyənin İstanbul şəhərində təşkil olunan nüfuzlu turnir zamanı hakimlərin və supervayzerin fəaliyyətini qiymətləndirir, oyunların beynəlxalq standartlara uyğun təşkili və idarə olunmasına nəzarət edir.


Qeyd edək ki, "Dördlər Finalı" Avropanın ən güclü qadın voleybol klublarının mübarizə apardığı mötəbər yarışlardan biridir. Bu il həlledici mərhələdə İtaliyanın "Konelyano" və "Skandiççi", həmçinin Türkiyənin "VakıfBank" və "Eczacıbaşı" komandaları çempionluq uğrunda mübarizə aparırlar.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR