Ölkə çempionatının qalibi müəyyənləşib

Bölmə adı Voleybol
Yayımlandı 18-04-2026, 20:27

Kişi voleybolçulardan ibarət Azərbaycan Yüksək Liqasının qalibi bəlli olub.


Sport1.az xəbər verir ki, final oyununda "Xilasedici" "Ordu" ilə üz-üzə gəlib.


Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzindəki qarşılaşma "Xilasedici"nin qələbəsi ilə yekunlaşıb - 3:1 (24:26, 25:16, 27:25, 25:21).


Beləliklə, komanda ölkə çempionu adına sahib çıxıb.


Xatırladaq ki, üçüncü yer uğrunda görüşdə "Neftçi" "Murov Az Terminal"ı üstələyib - 3:0.

OXŞAR XƏBƏRLƏR