son dəqiqə SON DƏQİQƏ
Dünya Çempionatı: Azərbaycan medal sayına görə üçüncü oldu ● "Onun 2-ci komandaya göndərilməsi klubun daxili intizam qərarı idi" ● "Sumqayıt" ilk qələbəsini qazandı ● Zirədə qollu bərabərlik ● "Bizə vaxt lazımdır" ● MPL: Zirədə qalib müəyyənləşmədi, "Sumqayıt" "Qəbələ"ni məğlub etdi ● "Şükür, bu gün meydanda vuruşaraq xalımızı qazandıq" ● "Çox yaxşı futbolçudur, istədiyimiz oyunçulardandır" ● Rəhim Həsənovun cəsarətsiz və ya yarınmağa çalışan hakimləri ● "Sumqayıt" - "Qəbələ": ● I Liqa: "Baku Sportinq" Yevlaxda "Gəncəbasar"a uduzub ● "Meydanda qat-qat yaxşı oynayan komanda biz idik" ● "Zirə" - "Şamaxı": ● Kokauri finalda, Kənan Nəsibov bürünc medal uğrunda yarışacaq ● Dünya Çempionatı: İki cüdoçumuz 1/4 finala, biri yarımfinala yüksəlib ● "Məncə, 0:0 oyunun gedişatına uyğun və tam normal nəticədir" ● DÇ: İki cüdoçumuz 1/8 finalda ● Dünya Çempionatı: Madina Kaisinova mundialla vidalaşıb ● "Neftçi"yə qarşı oynayarkən məhz bu komponentlərdə üstün olmalısan" ● Azərbaycanın 5 boksçusu Avropa Çempionatının finalına yüksəlib ● Camal Qamzatxanovdan uğurlu start ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 idmançımız mübarizəyə başlayır ● Premyer Liqa klublarının yay transferləri ● Millimiz “Antalyaspor”u məğlub edib ● “Zirə”nin rəhbəri Qırğızıstanda ● Dambrauskas: “Buna siz qərar verərsiniz” ● Vernidub: “Baş məşqçi başqa cür düşünsə…” ●

"Dünyada bu cür praktika yoxdur, ən azından final iki oyundan ibarət olmalıdır"

Bölmə adı Voleybol
Yayımlandı 14-04-2026, 10:03

"Dünyada bu cür praktika yoxdur. Ən azından final iki oyundan ibarət olmalıdır"


Sport1.az xəbər verir ki, bunu qadınlardan ibarət "Turan" voleybol komandasının baş məşqçisi Ziya Rəcəbov jurnalistlərə açıqlamasında deyib.


Mütəxəssis Azərbaycan Yüksək Liqasında "Gəncə"ya qarşı keçirdikləri yarımfinal oyunu barədə danışıb:


"Bu gün Tovuzda əsl bayram əhval-ruhiyyəsi var idi. Əlbəttə, bu, "Turan" voleybol komandasının sayəsində idi. Biz qızlardan daha yaxşı performans gözləyirik və çempion olmaq istəyirik. Hamımız kuboku qazanmağı hədəfləmişik. Finalda "Turan"ın qələbə qazanacağına inanıram".


Mütəxəssis final oyununa çox ciddi hazırlaşacaqlarını bildirib:


"Dünyada bu cür praktika yoxdur. Ən azından final iki oyundan ibarət olmalıdır. Türkiyəyə və digər yaxın ölkələrə baxsaq, fərqli sistemlər görərik. Biz isə verilən qərarlara uyğun hərəkət edirik. Bizim üçün fərqi yoxdur. Aprelin 19-u final günüdür və biz həmin oyuna düzgün hazırlaşıb çempion olmaq istəyirik".


Qeyd edək ki, "Turan" yarımfinalda "Gəncə"ni hər iki görüşdə 3:0 hesabı ilə məğlub edərək finala yüksəlib.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR