son dəqiqə SON DƏQİQƏ
UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start verilib - 27 yaşlı niderlandlı rəsmən “Borussiya”da “Bavariya”nın futbolçusu huşunu itirib “Milan”dan ayrıla bilər “Barselona”ya keçidi rəsmiləşdi “Tottenhem”dən “Yuventus”a Güləşçimiz dünya üçüncüsü oldu Dünya çempionu vətənində çıxış edəcək Bundesliqaya qayıtdı “Kəpəz” yoxlama oyunu keçirəcək “Şəki”dən yeni transfer Serbiyalı yarımmüdafiəçi “Neftçi”də Seneqal millisində yeni təyinat DÇ: 3 güləşçimiz yarımfinalda Premyer Liqa klublarının yay transferləri "Qarabağ"ın "Tvente" ilə səfərdəki qarşılaşmasının hakim təyinatları "Cümə axşamı bu iki komandanın ilk görüşünün 17 ili tamam olacaq" Avropa Çempionatının Bakıdakı oyunlarının hakimləri açıqlanıb "Zaqatala" Raul Nağıyevlə anlaşıb Bu departament rəhbəri də AFFA-dan göndərildi "Neftçi" gənc oyunçu ilə bağlı qərarını açıqlayıb "Şahdağ Qusar"dan "Səbail"ə "Neftçi" bu futbolçu üçün 400 min avro təzminat ödəyəcək - "Ümid edirəm ki, yenə də mərhələni keçən tərəf bizim komanda olacaq" "Səbail" Türkiyə klubu ilə üz-üzə IJF-dən İlham Zəkiyevin yubiley çempionluğu ilə bağlı xüsusi yazı "Sabah" "Yuventus"la qarşılaşacaq Marko Yankoviç də "Qarabağ"dan ayrılacaq? - Futbolçunun özü danışdı

“Grand Prix” beynəlxalq karate turnirinin açılış mərasimi keçirilib

Bölmə adı Döyüş / Karate
Yayımlandı 10-04-2026, 22:55

Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə 10-12 aprel 2026-cı il tarixlərində Bakı şəhərində keçirilən “Grand Prix” beynəlxalq karate turnirinin rəsmi açılış mərasimi baş tutub.


Sport1.az xəbər verir ki, açılış mərasimi Bakı şəhərində yerləşən Sərhədçi İdman Mərkəzində yüksək təşkilatçılıq səviyyəsində keçirilib. Tədbirdə 6 ölkəni təmsil edən ümumilikdə 700-ə yaxın idmançı iştirak edir ki, bu da turnirin beynəlxalq miqyasını və rəqabət səviyyəsini bir daha nümayiş etdirir.


Mərasim iştirakçı komandaların musiqi sədaları altında arenaya daxil olması ilə başlayıb. Daha sonra yarışın baş hakimi tərəfindən Azərbaycan Karate Federasiyasının prezidentinə raport təqdim olunub.


Dövlət Himni səsləndirilib, ardınca Ulu Öndərin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Açılış nitqi ilə çıxış edən Azərbaycan Karate Federasiyasının prezidenti, 8-ci Dan qara kəmər ustası və millət vəkili Ülvi Quliyev turnirin əhəmiyyətindən bəhs edərək qeyd edib ki, belə beynəlxalq yarışlar ölkəmizdə idmanın inkişafına, idmançılar arasında təcrübə mübadiləsinə və Azərbaycanın idman nüfuzunun möhkəmlənməsinə mühüm töhfə verir.


Tədbirdə həmçinin Gənclər Yaponiyanın Azərbaycandakı səfiri çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıblar. Çıxışlardan sonra qonaqlara Azərbaycan Karate Federasiyası tərəfindən hazırlanmış xatirə hədiyyələri təqdim olunub.


Açılış mərasiminin bədii hissəsində milli və müasir rəqs nömrələri, eləcə də Azərbaycan Karate Federasiyasının yeniyetmələrdən ibarət komandasının kata üzrə nümunəvi çıxışı nümayiş etdirilib.


Bədii hissənin ardından final qarşılaşmalarına start verilib və qaliblərin mükafatlandırılması mərhələli şəkildə həyata keçirilib. Təltifetmə mərasimlərində Azərbaycan Karate Federasiyasının rəhbərliyi, dövlət qurumlarının nümayəndələri və beynəlxalq qonaqlar iştirak ediblər. Qaliblərə medal, diplom və xatirə hədiyyələri təqdim olunub.


“Grand Prix” beynəlxalq karate turniri müxtəlif yaş və çəki dərəcələri üzrə qarşılaşmalarla davam edir.


Azərbaycan Karate Federasiyası bütün idman ictimaiyyətini və karate həvəskarlarını turniri izləməyə dəvət edir.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR