son dəqiqə SON DƏQİQƏ
Rəşad Sadıqov: “Komandamın göstərdiyi xarakterlə fəxr edirəm” Vernidub: “İrəli baxmaq lazımdır” Qərb derbisində qalib “Kəpəz” oldu, "Neftçi" Zirə səfərindən xalsız qayıdır Azər Məmmədov: “Vacib qələbə qazandıq” Mahir fərqləndi, komandası məğlub oldu Kurban Berdıyev: “Məni ən çox narahat edən…” Stolüstü tennisçimiz Fransada qızıl medal qazanıb “Fənərbağça”dan “Ayaks”a Portuqaliya millisinin üzvü “Qalatasaray”da Krakovda 7 medal Stolüstü tennisçimiz finalda Misli Premyer Liqasının 5-ci və 6-cı turlarının təqvimi açıqlanıb Kamerunlu hücumçu "Gəncəbasar"da Bölgə klubunda iki ayrılıq Premyer Liqa təmsilçisində oynamış futbolçu bu klubda forma geyinəcək "Sabah"ın sabiq futbolçusu I Liqa təmsilçisi ilə müqavilə imzalayıb "Sabah" - "Zirə" matçının başlama saatı müəyyənləşib "Səbail"dən "Gəncəbasar"a UEFA tərəfindən Gəncə şəhər stadionu qiymətləndirilib "Sumqayıt"ın təşkil etdiyi Yay Futbol Düşərgəsində ilk mərhələ başa çatıb "Şəmkir"də 2 yeni müqavilə "Qarabağ" yeni transferlər üçün nə qədər pul ödəyib? Kanadalı futbolçu "Xankəndi"də Bölgə klubunda yeni sözləşmə Nəzirinin köməkçiləri müəyyənləşib "Araz-Naxçıvan"ın rəqibləri bəlli olub Yığmamızın futbolçularının yeni klubları müəyyənləşib Dieqo Rosa "Qarabağ"da

"Daha aqressiv və hücumameyilli oynayacağıq" - "Şkendiya"nın baş məşqçisi

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 11-08-2025, 20:52

"Sabah çox çətin oyun olacaq. "Qarabağ" çox güclü, təcrübəli komandadır. Qol vurmağa çalışacağıq. Birinci oyunu uduzmuşuq. İtirəcəyimiz bir şey yoxdur".

Sport1.az xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində sabah "Qarabağ"ın qonağı olacaq "Şkendiya"nın (Şimali Makedoniya) baş məşqçisi Jeton Beqiri bu gün keçirilən mətbuat konfransında deyib.

O, etiraf edib ki, 0:1 hesabı ilə uduzduqları ilk görüşdə "Qarabağ" daha çox qol vura bilərdi: "Razıyam. İlk oyunda problemlərimiz var idi. Xüsusilə də fiziki problem. Qolda istəmədən səhv etdik, penalti oldu. Amma bizim də imkanlarımız var idi".

J.Beqiri qeyd edib ki, komandası bu dəfə daha hücumameyilli oynayacaq: "İlk matçda çalışdıq ki, maksimumu edək. Xüsusilə birinci hissədə "Qarabağ" daha yaxşı oynadı. Fiziki cəhətdən geri qalmağımız hiss olunurdu. Amma ikinci hissədə biz daha yaxşı oynadıq. Bizim də qol şanslarımız oldu. Razıyam ki, bu dəfə daha aqressiv və daha hücummeyilli oynayacağıq. Çünki itərəcəyimiz bir şey yoxdur".

Baş məşqçi "Qarabağ"ın sabiq futbolçusu - Şiamli Makedoniyadan olan Muarem Muaremlə rəqibləri ilə bağlı danışmadığını bildirib: "Bəli, Muaremi yaxşı tanıyıram. Həmkarımızdır hazırda. Vəziyyət belədir ki, "Qarabağ" bizim oyunları izləyir, biz də onları. Hörmət xatirinə onunla əlaqə saxlamadım. Çünki bilirəm ki, Muaremin Qurban Qurbanovla yaxşı münasibəti var".

J.Beqiri komandasının "Qarabağ"la müqayisədə daha çox yorğun olduğunu deyib: "Qarabağ"ın "Şelburn"la matçı bizdən bir gün qabaq olmuşdu. Onların əlavə dincəlmək vaxtı oldu. Səfərlərimiz bizi yormuşdu. Ölkə çempionatı başlamadığı üçün "Qarabağ" əlavə oyunlar oynamır. Amma sabahkı matçda gücümüz kifayət edəcək".

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR