21:53 23.02.2026 104

"Montielə qarşı ayıq-sayıq olmalıyıq"  – Merfi

"Nyukasl"ın futbolçusu Ceykob Merfi UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçiriləcək cavab qarşılaşmasından əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.


Sport1.az xəbər verir ki, futbolçu gərgin oyun qrafikinə və "Qarabağ"a qarşı ilk matçdakı böyük hesablı qələbəyə (6:1) baxmayaraq cavab görüşünə ciddi yanaşdıqlarını qeyd edib:


"İlk növbədə yenidən evə qayıtmaq çox xoşdur. Ardıcıl dörd çətin səfər matçından sonra sanki öz doğma evimizə qayıdırıq. Bütün komanda bunu səbirsizliklə gözləyirdi. Azarkeşlərimizin qarşısında, öz stadionumuzda oynamaq bizə əlavə güc verir. Sabah bizi çətin bir oyunun gözlədiyini bilirik".


Futbolçu Bakıda qazanılan qələbə fonunda komandasının həmin matçdakı performansına heyran qaldığını gizlətməyib:


"Hesab edirəm ki, Bakıdakı başlanğıcımızı izləyən hər kəs şoka düşmüşdü. Ehtiyat oyunçular skamyasında mən özüm də oyunumuzu izləyərkən heyran qalırdım. "Nyukasl" öz aqressiv və hücumameyilli futbolunu oynayanda nələrə qadir olduğunu hamıya göstərir. Premyer Liqada bunu artıq hər kəs bilir, Çempionlar Liqasında da özümüzü ən yaxşı tərəfdən tanıtdıq. Bakıdakı matç hər şeyin bizim üçün mükəmməl alındığı və performansımızı ən yüksək səviyyədə təqdim etdiyimiz bir oyun idi".


Futbolçu "Qarabağ"ın heyətində xüsusilə Montielin sürətinə diqqət yetirməli olduqlarını bildirib:


"Rəqibin sol cinah oyunçusunun çox yaxşı sürətə malik olduğunu görmüşük. Bu, sabahkı oyunda diqqət yetirməli olduğumuz əsas məqamlardan biridir. Ümumiyyətlə, "Qarabağ" çətin rəqibdir. Joni Montiel müdafiənin arxasına sızmağı çox yaxşı bacarır, buna görə də ayıq-sayıq olmalıyıq. Lakin evdə oynadığımız üçün əsas diqqətimiz öz prinsiplərimizə və həyata keçirmək istədiyimiz plana yönəlib. Əgər ən yaxşı oyunumuzu nümayiş etdirə bilsək, istənilən rəqib üçün bizimlə qarşılaşmaq olduqca çətin olacaq".


Gənc oyunçu qitənin önəmli klub turnirində fərqlənməyindən danışıb:


"Bu, möhtəşəm bir hiss olmaqla yanaşı, həm də bir növ ağır yükdən qurtulmaq kimi idi. Bir neçə il əvvəl Çempionlar Liqasında oynamaq mənim ən böyük hədəfim idi və "San Siro"da debüt etməklə buna nail oldum. Bundan sonra isə ancaq ilk qolum və ilk məhsuldar ötürməm barədə düşünməyə başladım. Bir neçə məhsuldar ötürmə etsəm də, qol vurmaq bir az çətin alınır, sanki şans məndən qaçırdı. Nəhayət, bir az bəxtin də köməyi ilə o ilk qola imza ata bildim".


Merfi komandanın son illərdəki inkişafını və Çempionlar Liqasında 1/8 finala yüksəlməyin önəmini belə ifadə edib:


"Bu, möhtəşəm bir nailiyyət olardı. Son dörd mövsüm ərzində biz mütəmadi olaraq yeni zirvələr fəth etmişik və bu, növbəti böyük mərhələdir. Əgər 1/8 finala adlaya bilsək, bu bizi inanılmaz dərəcədə xoşbəxt edəcək. Ötən illərdə çox yaxşı işlər görmüşük, bu uğur isə onların sırasına ən vaciblərindən biri kimi əlavə olunacaq".


Merfi Çempionlar Liqasının himni səslənərkən keçirdiyi hissləri və futbola olan sevgisini belə ifadə edib:


"Turnirin himni səslənəndə mən də stadiondakı azarkeşlərlə eyni hissləri yaşayıram. Himnin sonunda "The Champions" sədaları yüksələndə mən də onlara qoşulub bağırıram. Bu anları heç vaxt adi qarşılamıram. İşimi çox ciddi şəkildə yerinə yetirsəm də, günün sonunda dünyanın ən yaxşı peşəsi ilə məşğul olduğumu bilirəm. Belə böyük anlarda və oyunlarda meydana çıxanda hələ də içimdə o uşaqcasına həyəcanı və sevinci hiss edirəm".

Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

09:47

"Sabah"ın futbolçusu zədələnərək millinin düşərgəsindən ayrıldı

09:12

Dibala qərarını verdi

00:27

Ulduz futbolçu saxlanıldı - NARKOTİKDƏN İSTİFADƏYƏ GÖRƏ

23:56

Almaniyalı futbolçu ÇL-də bunu bacaran üçüncü oyunçu oldu

23:14

Gimnastlarımız Varna-2026-da 11-ci yeri tutdu

23:01

ÇL: PSJ çempion - YENİLƏNİB

22:46

Atletlərimizdən Avropa Çempionatında uğurlu çıxış

21:54

İsveç millisində ciddi itki

21:35

“Zirvəyə doğru – Qazax 2026” turniri başa çatıb

21:08

Portuqaliya millisinin üzvü “Yunayted”in radarında

20:36

Qana millisinin üzvü Türkiyədə çıxış edə bilər

19:56

“Liverpul”un oyunçusu İtaliya yolunda

19:13

ÇL: Final matçında heyətlər açıqlandı

18:56

DÇ-2026: Kanada millisinin heyəti bəlli oldu

18:32

“Fənərbaxça”da ayrılıq yaşana bilər

18:25

AÇ: Millimiz 1/8 finalda

17:41

“Bavariya”nın sabiq futbolçusu karyerasını bitirdi

17:08

"Şamaxı" daha bir futbolçu ilə vidalaşdı - RƏSMİ

16:44

“Liverpul” onu komandada saxlamaq istəyir

16:33

“Kəpəz” Azər Bağırovun gedişini açıqladı - RƏSMİ

16:14

Arne Slot "Liverpul"dan getdi - RƏSMİ

15:55

Ansu Fati “Barselona”dan birdəfəlik ayrılır

15:24

“Qalatasaray”ın istədiyi futbolçu “İnter”ə üstünlük verir

15:03

UEFA bu komandaya ev stadionunda Çempionlar Liqası matçları keçirməyə icazə vermədi - ŞOK

14:51

Azərbaycan basketbolçuları Kutaisidəki beynəlxalq turnirə iki qələbə ilə başladı

14:06

Azərbaycan millisi təlim-məşq toplanışını başa vurdu

13:35

Demçenko: “Qazaxıstan və Azərbaycan tam fərqli futbol mühitidir”

13:20

“Qarabağ”ın transferində qalmaqal: Kamilo Duran borc mübahisəsinin mərkəzində

13:07

Azərbaycanlı futbolçu bu klubun FİFA tərəfindən cəzalandırılmasına səbəb oldu - ÖZƏL

12:44

"Yuventus" fransalı yarımmüdafiəçini icarəyə götürmək istəyir

12:22

Florentino Peresdən 3 transfer istəyi

12:07

43 yaşlı sabiq fransalı futbolçu vəfat etdi

11:49

"İnter" "Bavariya"dan 40 milyon avro tələb edir

11:27

Səudiyyə Ərəbistanından Salaha böyük məbləğdə təklif

11:06

"River Pleyt" milli üzvünü transfer etdi

10:44

“Bursaspor”dan Mikels açıqlaması – Abubakar sualı cavabsız qaldı

10:30

Bu klub yenidən A seriyasına yüksəldi

10:20

Sterlinq narkotikin təsiri altında avtomobil idarə edərkən saxlanıldı

09:44

“Nitsa” Liqa 1-də yerini qorudu

09:22

Təbrizin “Traktor” klubu Çempionlar Liqasına vəsiqəni təmin etdi

00:23

İtaliya klubu Kılıçsoyla bağlı qərarını verdi

23:44

Qordon rəsmən “Barselona”da

23:14

"Tottenhem"in müdafiəçisi "Barselona"nın radarında

22:32

İngiltərəli futbolçu yenidən “Arsenal”da

21:56

Yüksək Qızlar Liqasının qalibləri mükafatlandırıldı

21:34

Argentinalı qolkiper “Beşiktaş”ın radarında

20:57

Avropa çempionu karyerasını başa vurdu

20:37

İspaniyalı müdafiəçi daha 2 il “Bolonya”da - RƏSMİ

20:08

“Şamaxı”da növbəti ayrılıq - RƏSMİ

19:48

Portuqaliyalı oyunçu “Barselona”da

19:23

“Kəpəz”də yeni müqavilə - RƏSMİ

18:58

Millimiz İtaliyaya qalib gəldi

18:43

İngiltərə millisinin üzvünün yeni klubu bəlli oldu

18:31

“Qarabağ”ın legioneri milliyə çağrılıb

17:58

II Liqada çıxış edəcək klub müəyyənləşdi - YENİLƏNİB

17:25

Jesusa vida

17:15

"Milan" Avstriya millisinin baş məşqçisi üçün hərəkətə keçdi

16:52

Dünya Kubokunda iştirak edəcək ölkələr müəyyənləşdi

16:43

"Qarabağ"ın legioneri milliyə çağırıldı

16:39

"Karvan-Yevlax" baş məşqçisi ilə yollarını ayırdı - RƏSMİ

15:38

ÇL-i qazansalar, hər futbolçuya 1 milyon veriləcək

15:27

"Barselona" 100 milyonluq rəsmi təklif göndərdi

14:12

İtaliya klubu Tedesko ilə danışıq aparır

13:42

Konfrans Liqasının qalibi Almaniya klubunu çalışdıra bilər

13:29

“Azərbaycanlı futbolçular limitin ləğvindən sonra daha çox çalışırlar”

13:17

"Qızıl top" mükafatının təqdimat mərasiminin vaxtı bəlli oldu

12:42

Lionel Messi 6-cı dəfə dünya çempionatında

12:23

"Qalatasaray" portuqaliyalı üçün hərəkətə keçdi

12:04

Konate "Liverpul"dan gedir

11:21

“Barselona” argentinalı hücumçu ilə anlaşdı