
“Lill” UEFA Avropa Liqasının VI turu çərçivəsində səfərdə “Yanq Boys”a minimal hesabla məğlub olub - 0:1.
Sport1.az xəbər verir ki, oyunu 4 qurtarışla başa vuran qonaqların qapıçısı Berke Özer Avropa Liqasının tarixinə düşüb.
Belə ki, 25 yaşlı qolkiper görüşün 34-cü dəqiqəsində qapısına təyin olunan penalti zərbəsini dəf edib. Bununla da o, Avropa Liqasının tarixində bir mövsümdə 3 penalti zərbəsini qaytaran ilk qapıçı olub.
Qeyd edək ki, Berke bu ilin yayında “Göztəpə”dən “Lill”ə 4,5 milyon avroya transfer olunub.