son dəqiqə SON DƏQİQƏ
Dünya Çempionatı: Azərbaycan medal sayına görə üçüncü oldu ● "Onun 2-ci komandaya göndərilməsi klubun daxili intizam qərarı idi" ● "Sumqayıt" ilk qələbəsini qazandı ● Zirədə qollu bərabərlik ● "Bizə vaxt lazımdır" ● MPL: Zirədə qalib müəyyənləşmədi, "Sumqayıt" "Qəbələ"ni məğlub etdi ● "Şükür, bu gün meydanda vuruşaraq xalımızı qazandıq" ● "Çox yaxşı futbolçudur, istədiyimiz oyunçulardandır" ● Rəhim Həsənovun cəsarətsiz və ya yarınmağa çalışan hakimləri ● "Sumqayıt" - "Qəbələ": ● I Liqa: "Baku Sportinq" Yevlaxda "Gəncəbasar"a uduzub ● "Meydanda qat-qat yaxşı oynayan komanda biz idik" ● "Zirə" - "Şamaxı": ● Kokauri finalda, Kənan Nəsibov bürünc medal uğrunda yarışacaq ● Dünya Çempionatı: İki cüdoçumuz 1/4 finala, biri yarımfinala yüksəlib ● "Məncə, 0:0 oyunun gedişatına uyğun və tam normal nəticədir" ● DÇ: İki cüdoçumuz 1/8 finalda ● Dünya Çempionatı: Madina Kaisinova mundialla vidalaşıb ● "Neftçi"yə qarşı oynayarkən məhz bu komponentlərdə üstün olmalısan" ● Azərbaycanın 5 boksçusu Avropa Çempionatının finalına yüksəlib ● Camal Qamzatxanovdan uğurlu start ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 idmançımız mübarizəyə başlayır ● Premyer Liqa klublarının yay transferləri ● Millimiz “Antalyaspor”u məğlub edib ● “Zirə”nin rəhbəri Qırğızıstanda ● Dambrauskas: “Buna siz qərar verərsiniz” ● Vernidub: “Baş məşqçi başqa cür düşünsə…” ●

Yüksək Liqa: İlkin mərhələyə yekun vuruldu

Bölmə adı Voleybol
Yayımlandı 30-03-2026, 21:19

Kişi voleybolçuların Yüksək Liqasında ilkin mərhələyə yekun vurulub.


Sport1.az xəbər verir ki, bu gün FHN-in idman zalında son tur (XX tur) çərçivəsində “ORDU” – “Gənclər”, “Neftçi” – “Azərreyl” və “Murov Az Terminal” – “Xilasedici” qarşılaşmaları baş tutub. Gərgin və maraqlı keçən bu oyunlarda “ORDU” (3:2), “Azərreyl” (3:2) və “Xilasedici” (3:0) komandaları qələbə qazanıblar.


Beləliklə, 20 turun yekununda turnir cədvəlinin ilk dörd pilləsində qərarlaşan “Xilasedici”, “Neftçi”, “ORDU” və “Murov Az Terminal” komandaları yarımfinala yüksəliblər.


Reqlamentə əsasən, yarımfinal iki oyundan (ev və səfər) ibarət olacaq. İki qarşılaşmadan sonra komandaların qələbələri bərabər olarsa, qalibi müəyyən etmək üçün qızıl set oynanılacaq. Bürünc və qızıl medal uğrunda isə bir oyun olacaq.


Qeyd edək ki, yarımfinal oyunları aprelin 7-də start götürəcək.


30 mart 2026

Yüksək Liqa (kişilər) | XX tur (son tur)

“ORDU” – “Gənclər” 3:2 (23:25, 22:25, 25:16, 25:19, 15:6)

“Neftçi” – “AZERRAIL” 2:3 (25:22, 20:25, 25:17, 23:25, 12:15)

“Murov Az Terminal” – “Xilasedici” 0:3 (17:25, 23:25, 19:25)

Yarımfinal mərhələsinin cütləri:

“Xilasedici” (1) - “Murov Az Terminal” (4)

“Neftçi” (2) – “ORDU” (3)

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR