
"Mançester Yunayted" "Nyukasl"ın yarımmüdafiəçisi Bruno Gimaraeşlə maraqlanır.
Sport1.az xəbər verir ki, "sağsağanlar" Braziliya millisinin üzvünü 80 milyon avroya satmağa hazırdır.
Mənbənin məlumatına görə, "qırmızı şeytanlar"ın futbolçusu Kazemiro bu transferin baş tutması üçün əlindən gələni edir.
Qeyd edək ki, Bruno Gimaraeş bu mövsüm bütün turnirlərdə 35 oyun keçirib, 9 qol vurub və 7 məhsuldar ötürmə verib.