son dəqiqə SON DƏQİQƏ

“Qırmızı şeytanlar”dan 80 milyonluq hücum: kapitan üçün yarış qızışır

Bölmə adı İngiltərə
Yayımlandı 19-03-2026, 19:24

“Mançester Yunayted” “Nyukasl”ın yarımmüdafiəçisi Bruno Gimaraeşin transferi üçün danışıqlara başlayıb.


Sport1.az xəbər verir ki, “qırmızı şeytanlar” braziliyalı futbolçu üçün təxminən 80 milyon avro ödəməyə hazırdır.


Bununla belə, keçidə başqa bir klub mane ola bilər. Belə ki, “kral klubu”nun da 28 yaşlı yarımmüdafiəçi ilə maraqlandığı bildirilir. Madrid təmsilçisi Eduardo Kamavinqanın yayda mümkün ayrılığı fonunda alternativ variant kimi Gimaraeşi nəzərdən keçirir.


Qeyd edək ki, təcrübəli futbolçu bu mövsüm bütün turnirlərdə 35 oyunda 9 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Nyukasl”la müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR