"Çelsi" onun müqaviləsini artırdı

Bölmə adı İngiltərə
Yayımlandı 13-03-2026, 14:26

"Çelsi" klubu futbolçusu Ris Ceymslə müqaviləni yeniləyib.


Sport1.az xəbər verir ki, "zadəganlar" komandanın kapitanı ilə müddəti 2032-ci ilin yayına qədər olan sözləşmə imzalayıb.


26 yaşlı müdafiəçinin əvvəlki müqaviləsi 2028-ci ilin iyununa qədər idi.


Qeyd edək ki, Ris Ceyms "Çelsi"nin yetirməsidir. O, bu mövsüm Premyer Liqada 26 oyunda meydana çıxıb, iki qol vurub və dörd məhsuldar ötürmə edib.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR