son dəqiqə SON DƏQİQƏ

Mövsümün sonunda "Mançester Yunayted"i tərk edəcək

Bölmə adı İngiltərə
Yayımlandı 13-03-2026, 12:29

Portuqaliyalı yarımmüdafiəçi Bruno Fernandeş mövsümün sonunda “Mançester Yunayted”i tərk edəcək.


Sport1.az xəbər verir ki, o, karyerasını davam etdirmək üçün “Arsenal”a keçməyi prioritet kimi qiymətləndirir.


Xəbərdə bildirilir ki, futbolçu artıq “Arsenal”ın baş məşqçisi Mikel Arteta və klub rəhbərliyi ilə ilkin görüşlər keçirib.


Ehtimallara görə, Martin Ödeqorun komandadan ayrılması ilə yaranacaq boşluğu Fernandeş doldura bilər və klubun yarımmüdafiəsində əsas yaradıcılıq rolunu oynayacaq.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR