son dəqiqə SON DƏQİQƏ
Dünya Çempionatı: Azərbaycan medal sayına görə üçüncü oldu ● "Onun 2-ci komandaya göndərilməsi klubun daxili intizam qərarı idi" ● "Sumqayıt" ilk qələbəsini qazandı ● Zirədə qollu bərabərlik ● "Bizə vaxt lazımdır" ● MPL: Zirədə qalib müəyyənləşmədi, "Sumqayıt" "Qəbələ"ni məğlub etdi ● "Şükür, bu gün meydanda vuruşaraq xalımızı qazandıq" ● "Çox yaxşı futbolçudur, istədiyimiz oyunçulardandır" ● Rəhim Həsənovun cəsarətsiz və ya yarınmağa çalışan hakimləri ● "Sumqayıt" - "Qəbələ": ● I Liqa: "Baku Sportinq" Yevlaxda "Gəncəbasar"a uduzub ● "Meydanda qat-qat yaxşı oynayan komanda biz idik" ● "Zirə" - "Şamaxı": ● Kokauri finalda, Kənan Nəsibov bürünc medal uğrunda yarışacaq ● Dünya Çempionatı: İki cüdoçumuz 1/4 finala, biri yarımfinala yüksəlib ● "Məncə, 0:0 oyunun gedişatına uyğun və tam normal nəticədir" ● DÇ: İki cüdoçumuz 1/8 finalda ● Dünya Çempionatı: Madina Kaisinova mundialla vidalaşıb ● "Neftçi"yə qarşı oynayarkən məhz bu komponentlərdə üstün olmalısan" ● Azərbaycanın 5 boksçusu Avropa Çempionatının finalına yüksəlib ● Camal Qamzatxanovdan uğurlu start ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 idmançımız mübarizəyə başlayır ● Premyer Liqa klublarının yay transferləri ● Millimiz “Antalyaspor”u məğlub edib ● “Zirə”nin rəhbəri Qırğızıstanda ● Dambrauskas: “Buna siz qərar verərsiniz” ● Vernidub: “Baş məşqçi başqa cür düşünsə…” ●

Federasiya və Bakı Ali Neft Məktəbi arasında memorandum imzalanıb

Bölmə adı Voleybol
Yayımlandı 7-03-2026, 15:03

Azərbaycan Voleybol Federasiyası (AVF) ilə Bakı Ali Neft Məktəbi (BANM) arasında anlaşma memorandumu imzalanıb.


Sport1.az xəbər verir ki, məlumatı qurumun mətbuat xidməti yayıb. İlk olaraq tədbir iştirakçıları BANM-ın ərazisinə, həmçinin idman zallarına baxış keçiriblər.  Sonra memorandumun imzalanması mərasiminə başlanılıb. Sənədi AVF-nin prezidenti Şahin Bağırov və BANM-ın rektoru Elmar Qasımov imzalayıblar.

Memorandumun məqsədi gənclərin sağlam həyat tərzinə cəlb olunması, tələbə-gənclər arasında voleybolun təbliği və populyarlaşdırılması istiqamətində əməkdaşlıq etməkdir. Sənədə əsasən, BANM-ın idman zallarından məşqlər və oyunların təşkili üçün istifadə olunacaq. Həmçinin yaxın gələcəkdə aşağı yaş qrupları üzrə yığma komandaların məşqlərinin burada keçirilməsi nəzərdə tutulur.


Tələbələr üçün voleybol idman növünə dair maarifləndirici görüşlərin, kursların təşkil olunacağı, peşəkar məşqçilər tərəfindən təlimlər keçiriləcəyi də vurğulanıb. Bundan əlavə, federasiya BANM tələbələrini ölkəmizdə keçiriləcək yerli və beynəlxalq voleybol yarışlarında tamaşaçı kimi iştirak etmələri üçün biletlərlə təmin edəcək. Tədbirdə bildirilib ki, memorandumun həyata keçirilməsi tələbələr üçün idman infrastrukturundan səmərəli istifadə, peşəkar məşq imkanlarının artırılması və voleybolun populyarlaşdırılmasına töhfə verəcək. Tədbirin sonunda xatirə şəkli çəkdirilib.


Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR