son dəqiqə SON DƏQİQƏ
Çempionlar Liqasında 9 qol buraxan baş məşqçi qovuldu ● "Qalatasaray"ın əfsanəsi əlcəklərini mismardan asır ● Nəhənglərin dueli: Türkiyə Belçikaya, İtaliya Fransaya qarşı ● 12 illik həsrətə son ● "Qaradağ Lökbatan" qələbələri sıralayır, "Marafon" liderə çatmağa çalışır ● Nahid Xasıyevlə Kamil Aydınov güzəştə getmədilər ● Millimizin vacib oyununda bu şəxslər söz sahibi olacaqlar ● Qazaxıstanda Azərbaycan finalı: Qardaşlar fəxri kürsüdə ● “Xankəndi”nin doğma şəhərinə köçürülməsi planlaşdırılır ● UEFA-dan AFFA rəsmisinə növbəti təyinat ● Kaşuk vətəninə qayıda bilər ● "Səbail"də yeni təyinat: Tanınmış jurnalist vəzifəyə gətirildi ● Çempionlar Liqası: "Turan" qrup mərhələsinin bir addımlığındadır ● FİBA Çempionlar Liqası: "Sabah" "Trabzonspor"a qarşı ● "Komandada hərşey qaydasındadır" ● "Sona qədər mübarizə apardıq" ● "Mərkəzdən vurduğum qol heçvaxt yadımdan çıxmayacaq" ● "Yorulmuşam, yığmadan getməyin vaxtıdır" ● "Neftçi"nin ulduzuna Kiprdən təklif var? ● Emin Mahmudov "Neftçi"dən də gedir? ● "Neftçi" qapıçı axtarır? ● Litvalıdan Yevlaxdakı müsbət nəticələrlə bağlı səmimi ● Azərbaycan klublarının avrokubokda növbəti matçlarının ● "Şamaxı" "Sabah"ı büdrədərək "Neftçi"ni sevindirdi ● "Hypers" "Kür-Araz"ı qəbul edir, "Qaradağ Lökbatan" "Ağdaş"a qarşı ● Lənkəranın klubsuz qalmağı Azərbaycan futboluna zərbə vurur ● Güclü yağış bölgədə vacib oyunun keçirilməsinə mane oldu ● "Şamaxı"dan tarixi yubiley ●

İdmançımız bürünc medal qazandı

Bölmə adı Karate
Yayımlandı 7-03-2026, 09:52

Rusiyanın Moskva şəhərində “Kyokuşinkan” təşkilatının təşkilatçılığı ilə “Millətlər Kuboku” beynəlxalq turniri keçirilib.


Sport1.az Azərbaycan Karate Federasiyasına istinadən xəbər verir ki, yarışda 43 ölkədən və Rusiyanın 41 regionundan ümumilikdə 1600 idmançı iştirak edib.


Turnirdə ölkəmizi Azərbaycan Karate Federasiyasının “fullkontakt şinkyokuşin karate” üslubu üzrə milli komandasının üzvü Aygün Əsədli qadınlar arasında 55 kq çəki dərəcəsində təmsil edib.


Aygün Əsədli 1/16 final mərhələsini uğurla keçsə də, 1/4 final mərhələsində aldığı zədə səbəbindən yarışın həkimlərinin qərarı ilə mübarizəni davam etdirə bilməyib və turniri bürünc medal qazanaraq 3-cü yerdə başa vurub.


Yarışda “Beynəlxalq Kyokuşinkan Təşkilatı”nın nümayəndəsi və beynəlxalq dərəcəli hakim Qələndər Aslanov da iştirak edib. O, yarışda hakim kimi fəaliyyətinə görə təşkilatçılar tərəfindən təşəkkür məktubu ilə təltif olunub.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR