son dəqiqə SON DƏQİQƏ
"Neftçi" bəyanat yaydı Elşad Şirzadov "Sumqayıt"da Şahruddin Abdullah Zubirlə görüşüb "Neftçi" millimizin futbolçuları ilə bağlı yekun qərarını açıqlayıb I Liqa: "Zaqatala"nın oyunçusu cəzalandırıldı, klub cərimələndi AFFA İntizam Komitəsi Premyer Liqa təmsilçilərini buna görə cərimələyib Pokatilov: "UEFA Çempionlar Liqası yaxşı mənada narkotik kimidir" "Mingəçevir Reqatası-2026": Turnirin iştirakçılarının sayı açıqlanıb FİBA Avropa Kuboku: "Neftçi" əsas mərhələnin bir addımlığındadır Daha 3 boksçumuz Avropa Çempionatının yarımfinalında "Xankəndi" şəhər stadionunda təmir işləri bu tarixdə başa çatacaq "Naxçıvan"dan növbəti transfer Misirli hücumçu Azərbaycan klubunda forma geyinəcək "Turan" Çempionlar Liqasında ilk ev oyunu üçün hazırlığı davam etdirir Azərbaycan millisi Bakıda yoldaşlıq oyununa çıxır Premyer Liqa klublarının yay transferləri “İmişli”nin 5 futbolçusuna millidən dəvət Yığmamız beynəlxalq turnirdə çıxış edəcək “Kəpəz” millimizlə üz-üzə gələcək ABŞ-li basketbolçu “Naxçıvan”da Azərbaycan cüdoçuları veteranlar arasında daha 2 qızıl qazandı “Turan” İtaliya klubu ilə üz-üzə gələcək Ölkə çempionatının adı dəyişdirilib Ayxan Abbasov: “Yeni oyunçular tapmaq lazımdır” Rəhman Daşdəmirov: “Qələbə qazanmaq, xalqımızı sevindirmək istəyirik” Azərbaycan və Yunanıstan arasında idman əməkdaşlığı genişləndirilir Tacikisin millisinin kapitanı: “Sabah yaxşı oyun göstərməyə hazırıq” "Kəpəz"in oyunçusu Əli Səmədovun zədəsi ilə bağlı

Federasiya liqalarla bağlı konfrans keçirdi

Bölmə adı Cüdo
Yayımlandı 10-04-2025, 14:14

Azərbaycan Cüdo Federasiyası (ACF) Cüdo Liqaları ilə bağlı mətbuat konfransı keçirib.

Sport1.az xəbər verir ki, tədbirdə ACF-nin baş katibinin müavini, idman direktoru Kamran Talıbov və ACF-in İcraiyyə Komitəsinin üzvü, daxili yarışlar üzrə menecer Ağayar Axundzadə yeni yaradılan liqalarla bağlı jurnalistlərə ətraflı məlumat verib.

Bildirilib ki, Cüdo Liqalarının yaradılmasında əsas məqsəd yeni potensiallı idmançıların aşkarlanması, yerli cüdo idman təşkilatları arasında sağlam rəqabətin və əlaqələrin yaranması, idmançılara və məşqçilərə maddi dəstək göstərilməsi, eləcə də klubların infrastrukturunun yaxşılaşdırılmasıdır.

Cüdo Liqaları və burada yığılan xallar eyni zamanda milli komandaların tərkibinin müəyyən olunmasında ən önəmli meyarlardan biri olacaq. Yığmaların heyəti yalnız Azərbaycan çempionatı və ya birincilikləri əsasında deyil, il boyu keçirilən daxili yarışlarda, eləcə də bu liqalarda toplanacaq reytinq xalları əsasında müəyyən ediləcək. Bu da, idmançıları ilboyu keçirilən daxili yarışlarda aktiv iştirak etməyə stimullaşdırmaqla bərabər, seçimin də daha obyektiv olmasını şərtləndirəcək.

Cüdo Liqalarının 3 yaş qrupu üzrə keçiriləcəyi diqqətə çatdırılıb. Böyüklərdə yalnız kişi cüdoçuların, U-17 və U-14 liqalarında isə həm oğlan, həm də qız cüdoçuların iştirak edəcəyi bildirilib. Liqa yarışları açıq status daşıyacaq və şərtlərə cavab verən bütün cüdoçular liqalarda çıxış edə biləcək. Böyüklər liqasında üç, U-17 və U-14 liqalarında isə dörd yarışın keçirilməsi nəzərdə tutulur. İdmançılara Liqa yarışlarında göstərdikləri nəticələrə müvafiq reytinq xalları veriləcək. Bu reytinq xalları da öz növbəsində məşqçilərin və klubların reytinqini formalaşdıracaq. Yekun reytinq cədvəlində yuxarı pillələrdə qərarlaşmış cüdoçulara və onların məşqçilərinə pul mükafatı birbaşa təqdim ediləcək. Klublara isə mükafatlar pul formasında verilməyəcək. Həmin klublarda cüdonun inkişafını dəstəkləyən müxtəlif istiqamətlər üzrə xərclənəcək.

Həmçinin qeyd olunub ki, Azərbaycanın regionlarında cüdo məşqçiləri üçün peşəkar inkişaf proqramı hazırlanıb. Proqram hər regionda 6 gün olmaqla keçiriləcək. Proqram çərçivəsində nəzəri və praktiki hazırlıqlar baş tutacaq. Eləcə də Cüdo Liqaları, ilkin tibbi yardım, sosial mediadan düzgün istifadə, “Judo manager” portalından istifadə qaydalarından bəhs olunacaq. Proqramın ilk seminar aprelin 14-dən 19-dək Goranboyda keçiriləcək.

Mətbuat konfransının yekununda jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR