Azərbaycanlı idmançıya antidopinq qaydalarını pozduğuna görə ŞOK cəza

Bölmə adı Karate
Yayımlandı 25-02-2026, 16:54

Azərbaycan karateçisi Lalə Babazadə 36 aylıq diskvalifikasiya olunub.


Sport1.az AMADA-ya istinadən xəbər verir ki, buna idmançı tərəfindən nümunə toplanmasından yayınma, imtina və ya nümunəni təqdim etməmək səbəb olub.


Sanksiyanın başlama tarixi ötən il dekrabın 25-nə təyin olunub. Cəza müddəti 2028-ci il dekabrın 24-də başa çatacaq.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR