son dəqiqə SON DƏQİQƏ
"Neftçi" bəyanat yaydı Elşad Şirzadov "Sumqayıt"da Şahruddin Abdullah Zubirlə görüşüb "Neftçi" millimizin futbolçuları ilə bağlı yekun qərarını açıqlayıb I Liqa: "Zaqatala"nın oyunçusu cəzalandırıldı, klub cərimələndi AFFA İntizam Komitəsi Premyer Liqa təmsilçilərini buna görə cərimələyib Pokatilov: "UEFA Çempionlar Liqası yaxşı mənada narkotik kimidir" "Mingəçevir Reqatası-2026": Turnirin iştirakçılarının sayı açıqlanıb FİBA Avropa Kuboku: "Neftçi" əsas mərhələnin bir addımlığındadır Daha 3 boksçumuz Avropa Çempionatının yarımfinalında "Xankəndi" şəhər stadionunda təmir işləri bu tarixdə başa çatacaq "Naxçıvan"dan növbəti transfer Misirli hücumçu Azərbaycan klubunda forma geyinəcək "Turan" Çempionlar Liqasında ilk ev oyunu üçün hazırlığı davam etdirir Azərbaycan millisi Bakıda yoldaşlıq oyununa çıxır Premyer Liqa klublarının yay transferləri “İmişli”nin 5 futbolçusuna millidən dəvət Yığmamız beynəlxalq turnirdə çıxış edəcək “Kəpəz” millimizlə üz-üzə gələcək ABŞ-li basketbolçu “Naxçıvan”da Azərbaycan cüdoçuları veteranlar arasında daha 2 qızıl qazandı “Turan” İtaliya klubu ilə üz-üzə gələcək Ölkə çempionatının adı dəyişdirilib Ayxan Abbasov: “Yeni oyunçular tapmaq lazımdır” Rəhman Daşdəmirov: “Qələbə qazanmaq, xalqımızı sevindirmək istəyirik” Azərbaycan və Yunanıstan arasında idman əməkdaşlığı genişləndirilir Tacikisin millisinin kapitanı: “Sabah yaxşı oyun göstərməyə hazırıq” "Kəpəz"in oyunçusu Əli Səmədovun zədəsi ilə bağlı

Dünya birinciliyində 15-ci yer

Bölmə adı Digər
Yayımlandı 9-04-2025, 12:15

Çinin Usi şəhərində keçirilən qılıncoynatma üzrə yeniyetmə və gənclərin dünya birinciliyində üçüncü yarış gününə yekun vurulub.

Sport1.az xəbər verir ki, gənc oğlan və qız sablyaçıların komanda yarışında qaliblər müəyyənləşib.

Rəsul Əliyev, Abbas Hüseynov, Timur Husnaddinov və Ayxan Xasıyevdən ibarət sablya üzrə millimiz ilk görüşdə Polşaya 41:45 hesabı ilə məğlub olaraq mübarizəni erkən dayandırıb. Oğlan sablyaçılarımız ümumi sıralamada 22-ci yerdə qərarlaşıb.

Fərəh Abasova, Leyla Əhmədova, Zərifə Hüseynova və Valentina Zeynalovadan ibarət sablya komandamız isə qızların komanda yarışında ilk görüşünü qalib başa vurub. Komandamız honkonqlu rəqiblərini 45:37 hesabı ilə məğlub edib. Ən güclü “səkkizliy”ə yüksəlmək uğrunda keçirilən qarşılaşmada Bolqarıstana 25:45 hesabı ilə uduzan yığmamız 9-16-cı yerlər uğrunda keçirilən görüşlərdə Çinə 28:45 hesabı ilə məğlub olub. Ardınca Misirə 31:45 hesabı ilə uduzan sablyaçılarımız sonuncu görüşdə Qazaxıstana 45:41 hesabı ilə qalib gələrək ümumi sıralamada 15-ci olub.

Qeyd edək ki, çempionata aprelin 15-də yekun vurulacaq.

Müəllif: Sport1.az