son dəqiqə SON DƏQİQƏ

Tomas Tuxel "Nyukasl"ın baş məşqçisi postuna əsas namizədlərdəndir

Bölmə adı İngiltərə
Yayımlandı 10-02-2026, 15:54

İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel DÇ-2026-dan sonra iş yerini dəyişə bilər.


Sport1.az xəbər verir ki, almaniyalı mütəxəssis "Nyukasl"ın "sükanı arxasına" keçməyə əsas namizədlərdən biridir.


T.Tuxelin Premyer Liqadakı uğursuz çıxış səbəbindən yayda vəzifəsindən uzaqlaşdırılacağı gözlənilən Eddi Haunu əvəzləyəcəyi gözlənilir.


Qeyd edək ki, almaniyalı məşqçi İngiltərədə daha əvvəl "Çelsi"ni də çalışdırıb. "Nyukasl" Premyer Liqada 25 turdan sonra 33 xalla 12-ci pillədə qərarlaşıb.

Müəllif: Nihat
OXŞAR XƏBƏRLƏR