
Misli Premyer Liqasında 19-cu turu çərçivəsində "Sumqayıt" və "Zirə" klubları üz-üzə gəlib.
Sport1.az xəbər verir ki, qarşılaşma "Zirə"nin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Qonaqların baş məşqçisi Rəşad Sadıqov matçdan sonra oyun barədə fikirlərini bölüşərkən komandaya yeni futbolçunun cəlb oluna biləcəyini açıqlayıb. Mütəxəssis transferlə bağlı danışıqların davam etdiyini bildirib:
“Danışıqlar gedir, rəhbərlik razılıq verib. Ola bilsin ki, maksimum bir futbolçu gətirək. Hücum mövqeyinə gətiririk. Sırf hücumçu deyil, həm hücumçu, həm də vinger kimi oynaya bilir”.