12:14 20.05.2025 660

AMF-in ilk, Rəşad Sadıqovun növbəti avtoqolu - KÖŞƏ

Dünən Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə ölkə futbolunun əfsanələri arasında matç keçirildi.

"Neftçi 2000-lər" adlı kollektivlə "Premyer Liqa məşqçiləri" üz-üzə gəldi. Adlara baxanda adamın ürəyi açılırdı. Bir tərəfdə Zaur Tağızadə, Mahmud Qurbanov, Rəşad Abdullayev, Hüseyn Məhəmmədov, Mahir Şükürov, Tərlan Əhmədov, Rəşad Sadiqov, Bəxtiyar Musayev, Samir Əliyev, Samir Ələkbərov, Vidadi Rzayev, Emin Quliyev, Rail Məlikov, Ruslan Abışov, digər tərəfdə isə Qurban Qurbanov, Samir Abasov, Rəşad Sadıqov, Müşfiq Hüseynov, Ayxan Abbasov, Fərhad Vəliyev, Elvin Məmmədov, Əfran İsmayılov, Elçin Rəhmanov, Vaqif Cavadov, Yunis Hüseynov, Elmar Baxşıyev, Azər Bağırov kimi keçmişin və indinin ulduzları yer almışdı. Afişa adama "gəl-gəl" deyirdi. Bu oyunu izləmək üçün Milli Gimnastika Arenasına getməyə həvəsli idim. Amma həvəsim qursağımda qaldı.

Təşkilatçılıqda edilən bəzi nöqsanlara görə oyuna gedə bilmədim. Matçın başlamasına 1 saat qalmış xəbər tutdum ki, görüşü jurnalist olaraq izləmək üçün akkreditasiyadan keçmək lazım imiş. Amma 2 gün öncə verilən elanda buna ehtiyacın olmadığı bildirilmişdi. Qapıda qalmamaq üçün arenaya getməkdən imtina etdim. Hətta orada olan əməkdaşımıza dedim ki, get evə.

Nə isə! Belə şeylər zaman itkisidir. Mənim üçün də vaxt önəmli məfhumdur. Keçək əsas məsələyə!

Matçı TV-dən izlədim. Mənə çatmadı ki, azərbaycanlıların meydanda olduğu qarşılaşmada heyətlər təqdim olunanda niyə ad və soyadlar ingiliscə yazılmışdı? Rəsmi dilimizi dəyişmişik? Yoxsa yayımın efir rejissoru azərbaycanlı deyildi?

Necə olur ki, girişi pulsuz olan matça 9 min azarkeş gəlmir? Azərbaycanın ən məşhur futbol simalarının iştirak etdiyi oyun heç kimə maraqlı deyildi? Demək ki, təkcə feysbuka reklam qoymaqla təşkilatçılıq olmur. Düzgün strategiya ilə bu görüşə hətta bilet də satmaq olardı. Yaxşı ki, "Neftçi"yə görə "Forza Neftçi" gəlmişdi. Oyuna rəng qatdılar.

Nə isə. Görüşün əsas vaxtında hesab 1:1 oldu. Penaltilər seriyasında Rəşad Sadıqov son zərbəni dəqiq yerinə yetirərək "Premyer Liqa məşqçiləri"nə qələbə qazandırdı. "Zirə"nin çalışdırıcısı da oyun bitən kimi həmin qolu instaqramda paylaşaraq futbolçuları - Qismət Alıyevi, Məqsəd İsayevi, Ceyhun Nuriyevi və Fuad Bayramovu işarələdi. Yəni ki, penaltini belə vurarlar. Buna nə gərək var idi? Sadıqov hələ də "Zirə"nin Avropa Liqasında "Şerif"ə məğlubiyyətini unutmur? Axı həmin oyunda günahkar yerli uşaqlar deyildilər. Salifu Suma boşuna qırmızı vərəqə almasaydı, heç penaltilər seriyası da olmazdı.

Yox e, vacib oyunlardan öncə: "Penaltilər seriyasına hazırsınız?, - deyə sual verəndə, "buna hazırlaşmırıq", - cavabını verirsiniz. Onda penaltini necə vurmağın lazım olduğunu yerli uşaqlara məşqdə başa salın, instaqramda yox.

Rəşad Sadıqov futbolçu olanda dəfələrlə səhvlər edib. Həm milli komandanın, həm də "Qarabağ"ın heyətində dəfələrlə avtoqol müəllifi olub. Buna görə tənqid atəşinə tutulub. Hətta səhvlərinə görə bir çoxları tələb edirdi ki, o, karyerasını bitirsin.

Rəşad futbolçu ikən Qurban Qurbanov və ya yığmanın çalışdırıcıları onun dünən etdiyini etsəydilər, qladiatora necə təsir edərdi? Yəqin ki, xoşuna gəlməzdi.

İLKİN SULTANLI
Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

14:04

Avtoqol sayı artdı

13:30

Federasiyada yeni komitə yaradıldı

13:08

"Şəfa" daha bir futbolçunu saxladı

13:05

Neymar yenə oynamayacaq

13:04

"Zirə"də yeni müqavilə - RƏSMİ

12:28

"Nəticədən razı deyiləm"

12:02

Çempionlar Liqası: "Sabah"ın mümkün rəqibləri azaldı

11:39

"Zirə"nin beş potensial rəqibi

11:22

"Yuventus" onun transfer hüquqlarını əldə etdi

11:01

İngiltərə klubunda yeni baş məşqçi

10:50

Millimizin futbolçusu Türkiyə klubunda

10:31

DÇ-2026: Günün oyunları - AFİŞA

10:15

Rumınlar “Qarabağ”dan ehtiyatlanır

10:00

"Sabah"da yeni müqavilə - RƏSMİ

09:40

DÇ-2026: İran millisindən heç-heçə

09:29

Səudiyyə Ərəbistanı - Uruqvay matçında qalib müəyyənləşmədi

09:00

Klublarımızın avrokuboklardakı rəqibləri bu gün bəlli olacaq

00:58

DÇ-2026: İspaniya Kabo-Verde ilə, Belçika Misirlə bacarmadı - YENİLƏNİB

00:57

Millimizin üzvü Türkiyə klubunda - RƏSMİ

23:56

Millimizin rəqibləri müəyyənləşib

23:27

CAS qərarını verdi - “Turan Tovuz” Konfrans Liqasında çıxış etməyəcək

22:22

“Şəfa” üç futbolçusu ilə bağlı qərarını verdi - RƏSMİ

22:11

DÇ-2026: Belçika - Misir: HEYƏTLƏR

21:32

Azərbaycan və Venesuela idman əməkdaşlığını genişləndirir

20:52

İki boksçumuz Dünya Kubokuna qələbə ilə başlayıb

20:42

İtaliya klubunda yeni təyinat - RƏSMİ

20:26

Türkiyə klubu millimizin üzvü ilə maraqlanır - İDDİA

19:56

Premyer Liqa klubunun yeni baş məşqçisi bəlli oldu

19:25

Boksçularımızdan Millətlər Kubokunda 13 medal

19:12

DÇ-2026: İspaniya - Kabo-Verde - HEYƏTLƏR

18:26

7 şahmatçımız Dünya Çempionatında çıxış edəcək

18:00

Baş məşqçi: "Daha çox qol vura bilərdik"

17:52

AFFA-nın baş katibi FIFA-nın sammitində

17:29

Fatih Terim Türkiyə millisinin şanslarını dəyərləndirdi

17:07

London klubu mərakeşli futbolçunu istəyir

16:50

Məğlubiyyətsizlik seriyası artdı

16:30

Günün canlı yayımlanacaq matçları - TV AFİŞA

16:16

Fransanın yox, Əlcəzairin oyununa gedəcək

16:00

“Kəpəz”dən ayrılan futbolçu bu kluba keçdi

15:40

Mourinyonun köməkçisi olacaq

15:30

Murad Məmmədov "Pafos"la müqavilə imzaladı

15:15

19 yaşlı futbolçu evində ölü tapıldı

14:49

DÇ-2026-da su fasiləsi ilə bağlı şok iddia

14:28

“Mançester Yunayted” rəhbərliyinin arzusu

14:04

"Bərabərlik qolu komandanın xarakterini göstərdi"

13:39

Mundiallarların rekordçusu – almanlar

12:49

Fransa klubunda yeni baş məşqçi

12:30

“Sabah”ın idman direktoru açıqlandı - RƏSMİ

12:02

“Bavariya”ya keçir

11:40

“Barselona” İngiltərədən hücumçu gətirir

11:25

"Yaponiyanın bizdən qorxduğunu hiss etdim"

11:11

İranın baş məşqçisi çətinlikləri açıqladı

10:49

Qeyci yüngül çəkidə çempion oldu

10:31

Ukraynalı mütəxəssis hansı klubumuza gəlir?

10:10

Milli ABŞ-a vaxtında çata bilmədi

09:50

Almaniya - Kurasao oyunu tarixə düşdü

09:28

13 ölkədən narazılıq

09:00

DÇ-2026: Niderlanddan heç-heçə, İsveçdən darmadağın

00:23

"Turan Tovuz" yay təlim-məşq toplanışının ilk mərhələsinə start verdi

23:45

Noyerdən yeni rekord

23:05

DÇ-2026: Almaniya debütantı darmadağın etdi

22:36

İdmançımız Rabatda keçirilən Karate1 Premyer Liqasında qızıl medal qazanıb

21:46

Azərbaycanlı qrossmeyster Özbəkistanda çempionluğunu rəsmiləşdirdi

20:15

Millimiz Avropa Kubokunun finalında

19:07

“Atletiko”nun qolkiperi İtaliya klubuna keçə bilər

18:05

Dibala gələcəyi ilə bağlı qərarını verdi

16:53

Yeniyetmə cüdoçular arasında region birinciliyi keçirilib

15:13

Avropa Liqası: Millimiz İspaniya ilə qarşılaşacaq

14:30

"Qarabağ"dan növbəti transfer həmləsi: Portuqaliyadan müdafiəçi gəlir

14:17

“Araz-Naxçıvan”dan ayrıldı, ölkəsində çıxış edəcək