
“Neftçi” heyətini daha bir legionerlə gücləndirməyə hazırlaşır.
Sport1.az Kipr mətbuatına istinadən xəbər verir ki, paytaxt təmsilçisi “Etnikos”un braziliyalı vingeri Breno Almeydanın transferində sona yaxındır. Tərəflər artıq maliyyə şərtləri üzrə razılığa gəlib, futbolçu da Bakıya köçməyə müsbət yanaşır.
Hazırda yalnız rəsmi prosedurların tamamlanması gözlənilir. Hər hansı gözlənilməz hal baş verməsə, 27 yaşlı hücumçu 1,5 illik Kipr karyerasından sonra çıxışını Azərbaycan çempionatında davam etdirəcək.
Kipr tərəfi iddia edir ki, bu keçid üçün “Neftçi” “Etnikos”a 100 min avro ödəyəcək. Bu məbləğ klub tarixində ən yüksək transfer gəliri kimi qeydə alınacaq.