son dəqiqə SON DƏQİQƏ
UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start verilib - 27 yaşlı niderlandlı rəsmən “Borussiya”da “Bavariya”nın futbolçusu huşunu itirib “Milan”dan ayrıla bilər “Barselona”ya keçidi rəsmiləşdi “Tottenhem”dən “Yuventus”a Güləşçimiz dünya üçüncüsü oldu Dünya çempionu vətənində çıxış edəcək Bundesliqaya qayıtdı “Kəpəz” yoxlama oyunu keçirəcək “Şəki”dən yeni transfer Serbiyalı yarımmüdafiəçi “Neftçi”də Seneqal millisində yeni təyinat DÇ: 3 güləşçimiz yarımfinalda Premyer Liqa klublarının yay transferləri "Qarabağ"ın "Tvente" ilə səfərdəki qarşılaşmasının hakim təyinatları "Cümə axşamı bu iki komandanın ilk görüşünün 17 ili tamam olacaq" Avropa Çempionatının Bakıdakı oyunlarının hakimləri açıqlanıb "Zaqatala" Raul Nağıyevlə anlaşıb Bu departament rəhbəri də AFFA-dan göndərildi "Neftçi" gənc oyunçu ilə bağlı qərarını açıqlayıb "Şahdağ Qusar"dan "Səbail"ə "Neftçi" bu futbolçu üçün 400 min avro təzminat ödəyəcək - "Ümid edirəm ki, yenə də mərhələni keçən tərəf bizim komanda olacaq" "Səbail" Türkiyə klubu ilə üz-üzə IJF-dən İlham Zəkiyevin yubiley çempionluğu ilə bağlı xüsusi yazı "Sabah" "Yuventus"la qarşılaşacaq Marko Yankoviç də "Qarabağ"dan ayrılacaq? - Futbolçunun özü danışdı

Bakıda şəhidlərin xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçirilir

Bölmə adı Karate
Yayımlandı 31-01-2026, 12:07

Paytaxtda yerləşən Sərhədçi İdman Mərkəzində XI “ARPACHAY OPEN” beynəlxalq karate turnirinin açılış mərasimi təşkil olunub.


Sport1.az xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Karate Federasiyasının (AKF) dəstəyi, Arpaçay İdman Birliyinin təşkilatçılığı ilə reallaşan turnir şəhidlərimizin əziz xatirəsinə həsr olunub.


Açılış mərasimində şəhid ailələri və qazilər, Azərbaycan Karate Federasiyasının rəhbərliyi, Milli Məclisin deputatları, o cümlədən parlamentin Gənclər və İdman Komitəsinin üzvləri, idman ictimaiyyətinin tanınmış nümayəndələri, eləcə də yarış üçün ölkəmizə təşrif buyurmuş 12 ölkənin idmançı və rəsmi nümayəndələri iştirak ediblər.


Tədbiri giriş sözü ilə açan AKF-nin prezidenti, Milli Məclisin deputatı Ülvi Quliyev “ARPACHAY OPEN” beynəlxalq karate turnirinin ildən-ilə nüfuzunun artdığını, iştirakçı ölkələrin və idmançıların sayının yüksəldiyini bildirib.


Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Şahin İsmayılov çıxışında bu cür beynəlxalq yarışların gənclərin idmana marağının artırılmasında və Azərbaycanın beynəlxalq idman nüfuzunun möhkəmləndirilməsində mühüm rol oynadığını vurğulayıb.


Turnirin təşkilatçısı Arpaçay Karate Klubunun direktoru, Əməkdar məşqçi Yavər Hüseynov isə Arpaçay İdman Birliyinin prezidenti Əli Əsgərovun adından göstərilən dəstəyə görə Gənclər və İdman Nazirliyinə və Azərbaycan Karate Federasiyasının rəhbərliyinə təşəkkür edib, üç gün davam edəcək yarışın iştirakçılarına uğurlar arzulayıb. Qeyd olunub ki, turnirdə bu il 12 ölkədən 1200-ə yaxın idmançı mübarizə aparır.


Tədbirdə şəhid Vüsal Şahmarlının valideynləri çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və ehtirama görə minnətdarlıqlarını bildiriblər. Ardınca çıxış edən şəhid bacısı, həkim-terapevt Məhəbbət Paşayeva idmana və şəhid ailələrinə dövlət tərəfindən göstərilən qayğını xüsusi qeyd edib.


Mərasim çərçivəsində dünya şöhrətli karateçilər Rəfael Ağayev və İrina Zaretska mükafatlandırılıblar. Tədbir bədii hissə ilə davam edib, qonaqlara fəxri fərmanlar və hədiyyələr təqdim olunub. Sonda isə turnirin ilk final görüşləri keçirilib.


Qeyd edək ki, XI “ARPACHAY OPEN” beynəlxalq karate turniri üç gün davam edəcək.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR