Tanınmış mütəxəssis Mirəli Seyidov vəfat edib

Bölmə adı Karate
Yayımlandı 27-01-2026, 14:42

Azərbaycan Karate Federasiyası tanınmış karate mütəxəssisi Mirəli Seyidovun vəfat etdiyini açıqlayıb.


Sport1.az xəbər verir ki, uzun illər ölkədə karate idman növünün inkişafında mühüm rol oynamış Mirəli Seyidov 7-ci dan qara kəmər sahibi olub, əməkdar idman ustası və əməkdar məşqçi adlarına layiq görülüb.


O, Azərbaycan karate məktəbinin formalaşmasında, gənc idmançıların yetişdirilməsində və idman etikası prinsiplərinin təbliğində xüsusi xidmətləri ilə seçilib. Mirəli Seyidovun fəaliyyəti və insani keyfiyyətləri idman ictimaiyyəti tərəfindən hər zaman yüksək qiymətləndirilib.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR