son dəqiqə SON DƏQİQƏ
Dünya Çempionatı: Azərbaycan medal sayına görə üçüncü oldu ● "Onun 2-ci komandaya göndərilməsi klubun daxili intizam qərarı idi" ● "Sumqayıt" ilk qələbəsini qazandı ● Zirədə qollu bərabərlik ● "Bizə vaxt lazımdır" ● MPL: Zirədə qalib müəyyənləşmədi, "Sumqayıt" "Qəbələ"ni məğlub etdi ● "Şükür, bu gün meydanda vuruşaraq xalımızı qazandıq" ● "Çox yaxşı futbolçudur, istədiyimiz oyunçulardandır" ● Rəhim Həsənovun cəsarətsiz və ya yarınmağa çalışan hakimləri ● "Sumqayıt" - "Qəbələ": ● I Liqa: "Baku Sportinq" Yevlaxda "Gəncəbasar"a uduzub ● "Meydanda qat-qat yaxşı oynayan komanda biz idik" ● "Zirə" - "Şamaxı": ● Kokauri finalda, Kənan Nəsibov bürünc medal uğrunda yarışacaq ● Dünya Çempionatı: İki cüdoçumuz 1/4 finala, biri yarımfinala yüksəlib ● "Məncə, 0:0 oyunun gedişatına uyğun və tam normal nəticədir" ● DÇ: İki cüdoçumuz 1/8 finalda ● Dünya Çempionatı: Madina Kaisinova mundialla vidalaşıb ● "Neftçi"yə qarşı oynayarkən məhz bu komponentlərdə üstün olmalısan" ● Azərbaycanın 5 boksçusu Avropa Çempionatının finalına yüksəlib ● Camal Qamzatxanovdan uğurlu start ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 idmançımız mübarizəyə başlayır ● Premyer Liqa klublarının yay transferləri ● Millimiz “Antalyaspor”u məğlub edib ● “Zirə”nin rəhbəri Qırğızıstanda ● Dambrauskas: “Buna siz qərar verərsiniz” ● Vernidub: “Baş məşqçi başqa cür düşünsə…” ●

Qar voleybolu üzrə ölkə kuboku başa çatıb

Bölmə adı Voleybol
Yayımlandı 25-01-2026, 20:53

Şahdağ Turizm Mərkəzində təşkil olunan qar voleybolu üzrə ölkə kuboku yarışına yekun vurulub.



Sport1.az xəbər verir ki, turnirin son günündə qadınların yarışında üç qarşılaşma keçirilib.


Dairəvi sistemlə təşkil olunan oyunların yekun nəticələrinə əsasən mükafatçılar müəyyənləşib.


Qadınların yarışında bütün oyunlarda qalib gələn “Gəncə” kollektivi (4 qələbə, 12 xal) birinci yeri tutub.


“Milli” komandası (3 qələbə, 8 xal) ikinci, “Azərreyl” isə (2 qələbə, 6 xal) üçüncü olub.


Kişilərin yarışında “Baku Fires” üçüncü yerə çıxıb. Finalda “Qaraqaya” kollektivini üstələyən “Azərreyl” turnirin qalibi adını qazanıb.


Yarışın sonubda mükafatlandırma və bağlanış mərasimi keçirilib. Qalib və mükafatçılara diplomlar, kubok, medallar təqdim olunub.


Mükafatları Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə, Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Bəhruz Quliyev, baş katib Faiq Orucov və və digər rəsmi qonaqlar təqdim ediblər.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR