“Qırmızı şeytanlar” Kovaçı gündəminə aldı

Bölmə adı İngiltərə / Almaniya
Yayımlandı 20-01-2026, 20:55

“Mançester Yunayted” baş məşqçi postu ilə bağlı yeni variant üzərində düşünür.


Sport1.az xəbər verir ki, Premyer Liqa təmsilçisi hazırda Dortmund “Borussiya”sını çalışdıran Niko Kovaçı namizədlər siyahısında saxlayır. “Qırmızı şeytanlar” alman klubundakı vəziyyət və mütəxəssisin gələcək planları ilə bağlı ilkin araşdırmalar aparıb.


54 yaşlı çalışdırıcının adı daha əvvəl Enso Mareskanın gedişindən sonra “Çelsi”də də müzakirə olunub, lakin London klubu sonda Liam Rosenyorla anlaşmağa üstünlük verib.


Qeyd edək ki, “Mançester Yunayted”ə hazırda mövsümün sonunadək Maykl Kerrik rəhbərlik edir.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR