
Lionel Messi fantastik təklifdən imtina edib.
Sport1.az xəbər verir ki, “Əl-İttihad”ın prezidenti Ənmar Əl-Xayli argentinalı ilə ömürlük müqavilə bağlamaq arzusunda olub. Bu barədə Səudiyyə Ərəbistanı klubunun rəhbəri özü açıqlama verib:
"PSJ-dən ayrılanda Messiyə 1,4 milyard avro təklif etdim. O, ailəsini inandırmasına baxmayaraq, onların xatirinə belə yüksək təklifi rədd etdi. Ona istədiyi qədər qazana biləcəyi bir müqavilə təklif edərdim. İstədiyi müddətə, hətta ömürlük. Matçlar başlamazdan əvvəl də çempionluğu qeyd edərdik. Çünki futbol tarixinin ən yaxşı oyunçusuna sahib olardıq”.