Basketbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsinə yekun vurulub.
Sport1.az xəbər verir ki, raundun son oyunu Bakıda keçirilib. Qarşılaşmada “Sumqayıt” komandası “NTD”-ni 116:94 hesabı ilə məğlub edərək 1/4 final mərhələsinə yüksəlib.
Beləliklə, günün digər matçında növbəti mərhələyə vəsiqəni təmin etmiş “Şəki” ilə birlikdə 1/4 finalın bütün iştirakçıları müəyyənləşib.
1/4 final mərhələsinin cütlükləri belədir:
“Abşeron Lions” – “Şəki”
“Neftçi” – “Gəncə”
“Quba” – “Sabah”
“Ordu” – “Sumqayıt”
Qeyd edək ki, bu mərhələnin oyunları fevralın 18–22-si aralığında keçiriləcək.