
İtaliyalı hücumçu Mario Balotelli karyerasını Dubayda davam etdirəcək.
Sport1.az xəbər verir ki, sabiq İtaliya millisinin üzvü Dubayın “Əl-İttifaq” klubu ilə rəsmi müqavilə imzalayıb. 35 yaşlı forvardla bağlanan sözləşmə 2,5 illik müddəti əhatə edir.
“Transfermarkt” portalına əsasən, Balotellinin hazırkı bazar dəyəri 400 min avro təşkil edir. Təcrübəli futbolçu 2025-ci ilin iyulunda “Cenoa”dan ayrıldıqdan sonra azad agent statusunda idi.
Mario Balotelli karyerası ərzində “İnter”, “Mançester Siti”, “Milan” və “Liverpul” kimi klubların formasını geyinib. Onun yeni komandası hazırda Birləşmiş Ərəb Əmirliklərinin ikinci ən güclü divizionu sayılan Birinci Liqada turnir cədvəlinin son pilləsində yer alır.