son dəqiqə SON DƏQİQƏ
Dünya Çempionatı: Azərbaycan medal sayına görə üçüncü oldu ● "Onun 2-ci komandaya göndərilməsi klubun daxili intizam qərarı idi" ● "Sumqayıt" ilk qələbəsini qazandı ● Zirədə qollu bərabərlik ● "Bizə vaxt lazımdır" ● MPL: Zirədə qalib müəyyənləşmədi, "Sumqayıt" "Qəbələ"ni məğlub etdi ● "Şükür, bu gün meydanda vuruşaraq xalımızı qazandıq" ● "Çox yaxşı futbolçudur, istədiyimiz oyunçulardandır" ● Rəhim Həsənovun cəsarətsiz və ya yarınmağa çalışan hakimləri ● "Sumqayıt" - "Qəbələ": ● I Liqa: "Baku Sportinq" Yevlaxda "Gəncəbasar"a uduzub ● "Meydanda qat-qat yaxşı oynayan komanda biz idik" ● "Zirə" - "Şamaxı": ● Kokauri finalda, Kənan Nəsibov bürünc medal uğrunda yarışacaq ● Dünya Çempionatı: İki cüdoçumuz 1/4 finala, biri yarımfinala yüksəlib ● "Məncə, 0:0 oyunun gedişatına uyğun və tam normal nəticədir" ● DÇ: İki cüdoçumuz 1/8 finalda ● Dünya Çempionatı: Madina Kaisinova mundialla vidalaşıb ● "Neftçi"yə qarşı oynayarkən məhz bu komponentlərdə üstün olmalısan" ● Azərbaycanın 5 boksçusu Avropa Çempionatının finalına yüksəlib ● Camal Qamzatxanovdan uğurlu start ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 idmançımız mübarizəyə başlayır ● Premyer Liqa klublarının yay transferləri ● Millimiz “Antalyaspor”u məğlub edib ● “Zirə”nin rəhbəri Qırğızıstanda ● Dambrauskas: “Buna siz qərar verərsiniz” ● Vernidub: “Baş məşqçi başqa cür düşünsə…” ●

AVF yeniyetmə və gənc qız voleybolçuların seçiminə start verir

Bölmə adı Voleybol
Yayımlandı 10-01-2026, 15:21

Azərbaycan Voleybol Federasiyası (AVF) yeniyetmə və gənc qız voleybolçuların seçiminə yenidən start verir.


Sport1.az AVF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu məqsədlə Bakı və regionlarda fəaliyyət göstərən Regional Voleybol Klublarında (RVK) “Seçim günü” təşkil olunacaq.


Seçimlər yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatma tərəfindən aparılacaq. Prosesdə fərqlənən 2012 və 2013-cü il təvəllüdlü idmançılar müvafiq yaş qrupları üzrə milli komandalara cəlb ediləcəklər.


Seçimlər yanvarın 13-də Bakıda, 17-də Sumqayıtda, 24-də Gəncədə, 25-də Tovuzda və 31-də Şəkidə aparılacaq.


Qeyd edək ki, növbəti mərhələdə Naxçıvan şəhərində də seçimlərin keçirilməsi planlaşdırılır.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR