“Sumqayıt” heyətini gənc oyunçu ilə gücləndirdi

Bölmə adı ABL
Yayımlandı 10-01-2026, 12:26

“Sumqayıt” basketbol klubu heyətinə yeni oyunçu cəlb edib.


Sport1.az xəbər verir ki, klub ikili lisenziya əsasında NTD-nin oyun qurucusu Oğuzxan Quliyevin xidmətindən yararlanacaq. 2008-ci il təvəllüdlü, 182 sm boya malik basketbolçu mövsümün ikinci hissəsində “Sumqayıt”ın heyətində çıxış edəcək.


Qeyd edək ki, Oğuzxan Quliyev cari mövsümün ilk yarısında “Quba” klubunun formasını geyinib.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR