“Naxçıvan” “Sumqayıt”a qalib gəldi

Bölmə adı ABL
Yayımlandı 9-01-2026, 23:15

Azərbaycan Basketbol Liqasının 12-ci turunda daha bir qarşılaşma baş tutub.


Sport1.az xəbər verir ki, B qrupunda “Naxçıvan” “Sumqayıt”la üz-üzə gəlib.


“Sərhədçi” İdman Mərkəzində keçirilən oyun naxçıvanlıların 97:81 hesablı qələbəsi ilə bitib.


Qeyd edək ki, turun ötən gün keçirilən görüşlərində “Ordu” “Quba”nı (116:111), “Lənkəran” isə “Sərhədçi”ni (72:69) üstələyib. 12-ci tura yanvarın 11-də yekun vurulacaq.

Müəllif: Zafar Hajili