“Sumqayıt” ilk yoxlama oyununda uduzdu

Bölmə adı Futbol
Yayımlandı 9-01-2026, 18:32

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Sumqayıt” ilk yoxlama oyununu keçirib.


Sport1.az xəbər verir ki, “kimyaçılar” Macarıstanın “Pakş” klubu ilə üz-üzə gəlib. Görüş rəqibin 5:1 hesablı qələbəsi ilə başa çatıb. “Sumqayıt”ın heyətində yeganə qolu Rüstəm Əhmədzadə vurub.


“Gənclik şəhəri” təmsilçisi Antalyadakı hazırlıq çərçivəsində daha iki yoxlama matçı keçirəcək. Komanda yanvarın 12-də Serbiyanın OFK, 16-da isə Xorvatiyanın “Osiyek” klubu ilə qarşılaşacaq

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR