Tura bir oyunla davam

Bölmə adı ABL
Yayımlandı 9-01-2026, 12:10

Bu gün Azərbaycan Basketbol Liqasının XII turunda daha bir qarşılaşma baş tutacaq.


Sport1.az xəbər verir ki, B qrupunda “Naxçıvan” “Sumqayıt”la üz-üzə gələcək. Matç saat 20:00-da “Sərhədçi” İdman Mərkəzində keçiriləcək.


Turun ötən gün keçirilən görüşlərində “Ordu” “Quba”nı (116:111), “Lənkəran” isə “Sərhədçi”ni (72:69) üstələyib. XII tura yanvarın 11-də yekun vurulacaq.

Müəllif: Zafar Hajili