son dəqiqə SON DƏQİQƏ
Dünya Çempionatı: Azərbaycan medal sayına görə üçüncü oldu ● "Onun 2-ci komandaya göndərilməsi klubun daxili intizam qərarı idi" ● "Sumqayıt" ilk qələbəsini qazandı ● Zirədə qollu bərabərlik ● "Bizə vaxt lazımdır" ● MPL: Zirədə qalib müəyyənləşmədi, "Sumqayıt" "Qəbələ"ni məğlub etdi ● "Şükür, bu gün meydanda vuruşaraq xalımızı qazandıq" ● "Çox yaxşı futbolçudur, istədiyimiz oyunçulardandır" ● Rəhim Həsənovun cəsarətsiz və ya yarınmağa çalışan hakimləri ● "Sumqayıt" - "Qəbələ": ● I Liqa: "Baku Sportinq" Yevlaxda "Gəncəbasar"a uduzub ● "Meydanda qat-qat yaxşı oynayan komanda biz idik" ● "Zirə" - "Şamaxı": ● Kokauri finalda, Kənan Nəsibov bürünc medal uğrunda yarışacaq ● Dünya Çempionatı: İki cüdoçumuz 1/4 finala, biri yarımfinala yüksəlib ● "Məncə, 0:0 oyunun gedişatına uyğun və tam normal nəticədir" ● DÇ: İki cüdoçumuz 1/8 finalda ● Dünya Çempionatı: Madina Kaisinova mundialla vidalaşıb ● "Neftçi"yə qarşı oynayarkən məhz bu komponentlərdə üstün olmalısan" ● Azərbaycanın 5 boksçusu Avropa Çempionatının finalına yüksəlib ● Camal Qamzatxanovdan uğurlu start ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 idmançımız mübarizəyə başlayır ● Premyer Liqa klublarının yay transferləri ● Millimiz “Antalyaspor”u məğlub edib ● “Zirə”nin rəhbəri Qırğızıstanda ● Dambrauskas: “Buna siz qərar verərsiniz” ● Vernidub: “Baş məşqçi başqa cür düşünsə…” ●

Hakimliyə yeni cəlb olunan şəxslər üçün növbəti seminar

Bölmə adı Voleybol
Yayımlandı 4-01-2026, 18:22

Azərbaycan Voleybol Federasiyasının (AVF) Hakimlər Komissiyasının tədbirlər proqramına uyğun olaraq yeni hakimlər üçün təşkil olunan üç mərhələli seminarın ikinci mərhələsi keçirilib.


Sport1.az xəbər verir ki, proqramın birinci mərhələsində test imtahanını uğurla keçmiş 23 nəfər ikinci mərhələdə iştirak edib.


Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan seminarı AVF Hakimlər Komissiyasının sədri, beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov və sədr müavini, beynəlxalq dərəcəli hakim Zaur Hacıyev açaraq iştirakçıları salamlayıb, Yeni il münasibətilə təbrik edib və onlara uğurlar arzulayıblar.


Seminarın bu mərhələsində voleybol qaydalarının incəlikləri iştirakçılara ətraflı şəkildə izah olunub, onları maraqlandıran suallar cavablandırılıb. Eyni zamanda növbəti test imtahanı keçirilib. Nəticələrə əsasən iştirakçılar seminarın üçüncü mərhələsində iştirak hüququ qazanacaqlar.


Belə seminarların keçirilməsində əsas məqsəd hər il yeni hakimlərin hazırlanması və mövcud kadrların peşəkarlıq səviyyəsinin artırılmasıdır.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR