son dəqiqə SON DƏQİQƏ
UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start verilib - 27 yaşlı niderlandlı rəsmən “Borussiya”da “Bavariya”nın futbolçusu huşunu itirib “Milan”dan ayrıla bilər “Barselona”ya keçidi rəsmiləşdi “Tottenhem”dən “Yuventus”a Güləşçimiz dünya üçüncüsü oldu Dünya çempionu vətənində çıxış edəcək Bundesliqaya qayıtdı “Kəpəz” yoxlama oyunu keçirəcək “Şəki”dən yeni transfer Serbiyalı yarımmüdafiəçi “Neftçi”də Seneqal millisində yeni təyinat DÇ: 3 güləşçimiz yarımfinalda Premyer Liqa klublarının yay transferləri "Qarabağ"ın "Tvente" ilə səfərdəki qarşılaşmasının hakim təyinatları "Cümə axşamı bu iki komandanın ilk görüşünün 17 ili tamam olacaq" Avropa Çempionatının Bakıdakı oyunlarının hakimləri açıqlanıb "Zaqatala" Raul Nağıyevlə anlaşıb Bu departament rəhbəri də AFFA-dan göndərildi "Neftçi" gənc oyunçu ilə bağlı qərarını açıqlayıb "Şahdağ Qusar"dan "Səbail"ə "Neftçi" bu futbolçu üçün 400 min avro təzminat ödəyəcək - "Ümid edirəm ki, yenə də mərhələni keçən tərəf bizim komanda olacaq" "Səbail" Türkiyə klubu ilə üz-üzə IJF-dən İlham Zəkiyevin yubiley çempionluğu ilə bağlı xüsusi yazı "Sabah" "Yuventus"la qarşılaşacaq Marko Yankoviç də "Qarabağ"dan ayrılacaq? - Futbolçunun özü danışdı

Vətən Müharibəsi şəhidi adına klub yaradıldı – FOTO

Bölmə adı Karate
Yayımlandı 30-12-2025, 20:50

Tərtər rayonunda Vətən Müharibəsi şəhidi Hacıyev Qubad Cəmil oğlunun xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Karate Federasiyasının təşəbbüsü ilə yeni karate klubu yaradılıb.


Sport1.az xəbər verir ki, ənənəvi karate fudokan üslubu üzrə fəaliyyət göstərəcək klubun təqdimatı Tərtər Rayon İcra Hakimiyyəti və Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Mərkəzi Meydanda baş tutub. Təqdimat 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni Təqvim İlinin başlanmasına həsr olunmuş bayram konserti çərçivəsində keçirilib.


Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyası rayon təşkilatının və Ağsaqqallar Şurasının sədrləri, idarə, müəssisə və təşkilatların kollektivləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, şəhid ailələri, qazilər, müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.


Çıxışlar zamanı Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsinin daim uca tutulduğu, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu xüsusi vurğulanıb. Qeyd olunub ki, şəhidin adını daşıyan karate klubunun yaradılması həm idmanın inkişafına, həm də qəhrəman şəhidlərimizin xatirəsinin gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verir.


Bildirilib ki, Qubad Hacıyev adına “Fudokan Karate Klubu”nun rəhbəri məşqçi-müəllim Raqil Ağayevdir. Klubda yeniyetmə və gənclərin karate idman növünə cəlb edilməsi, sağlam həyat tərzinin təbliği, eləcə də idmançıların respublika və beynəlxalq yarışlara hazırlanması nəzərdə tutulur.


Yeni klubun yaradılması tədbir iştirakçıları tərəfindən razılıq və məmnunluqla qarşılanıb.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR