
“Barselona”nın hücumçusu Robert Levandovski 2022-ci ildə İspaniyaya köçdükdən sonra onu ən çox təəccübləndirən məqamdan danışıb.
Sport1.az xəbər verir ki, polyak forvard Kataloniyada dil məsələsinin gündəlik həyatda tutduğu yerə diqqət çəkib. Onun sözlərinə görə, əvvəlcə katalon dilinin bölgə üçün bu qədər önəmli olacağını gözləmirmiş:
“Burada kataloniyalıları “polyak” adlandırırlar. Mən isə həmişə deyirəm ki, həm sadəcə polyakam, həm də Barselonada yaşayan polyakam. Bura gələndə katalon dilinin yerli əhali üçün bu qədər vacib olduğunu təsəvvür etmirdim. Elə bilirdim ki, Münhendə Bavariya dialekti və ya Polşada sileziya dili kimi bir şeydir. Yəni mövcuddur, amma zamanla unudulur. Barselonada isə vəziyyət tam fərqlidir. Dövlət və özəl məktəblərin hamısında katalon dili mütləq tədris olunur”.