14:13 17.08.2025 372

İstəyini həyata keçirə bilməyən "Neftçi", əzmkar "Şamaxı" - REPORTAJ

Azarkeşləri tərəfindən böyük maraqla oyunu gözlənilən "Neftçi" dünən Premyer Liqanın ilk turunda "Şamaxı"nı qəbul edirdi. Düzdür, stadion tam dolmamışdı. Amma bu, oyunun gərginliyini azaltmadı.

Samir Abbasov komandasını meydana 5-4-1 taktikası ilə çıxartmışdı. Ayxan Abbasov da eyni sxemdən istifadə edirdi. "Ağ-qaralar"ın start heyətindəki 11 futbolçudan 8-i yeni transferlər idi. "Şamaxı"da isə 5 təzə oyunçu "11-lik"də yer alırdı.

Oyuna "Neftçi" daha fəal başladı. Flaqman ilk dəqiqələrdə topa nəzarət edirdi. Qarşılaşmada ilk real qol vəziyyətini bakılılar yaratdılar. 19-cu dəqiqədə müdafiəçinin səhvindən istifadə edən Sek qapıçını da keçsə də, topu boş qapıya göndərə bilmədi. "Vurmayana vurarlar" deyimi burada da özünü göstərdi. 2 dəqiqə sonra "Şamaxı" hesabı açdı. Karim Rossi mükəmməl cərimə zərbəsi ilə hesabı açdı - 0:1.

Şokda olan "Neftçi" 36-cı dəqiqədə ikinci qolu buraxa bilərdi. Amma Rikardo Apolinariyonun başla zərbəsi dirəyə tuş gəldi.

Bundan sonra qəflət yuxusundan ayılan "ağ-qaralar" hücumların kəsərlərini artırdı. Fasiləyə kimi bakılılar istəklərinə çatdılar. 45-ci dəqiqədə David Santos cərimə meydanında əllə oynadı. Elçin Məsiyevin təyin etdiyi penaltini Emin Mahmudov ustalıqla qapıdan keçirdi.

Fasilədən sonra "ağ-qaralar" hücum edir, "Şamaxı" müdafiə olunurdu. Ayxan Abbasovun komandası əks hücumlara bel bağlayırdı. Lakin bütün cəhdlərə baxmayaraq, oyunda başqa qol vurulmadı. Bakılılarla şamaxılıların duelində sülh qeydə alındı.

Bu oyunda "Neftçi" futbolçularında həyacan hiss olunurdu. Qələbəyə ac olan bakılılar istəklərini həyata keçirə bilmədilər. Meydana çıxan futbolçuların ustalıq səviyyələrinin yüksək olduğu görsənirdi. Amma hələ ki, komanda olaraq oyun sərgiləyə bilmirlər.

"Şamaxı" ötən mövsüm olduğu kimidir. Komanda əzmkarlıq nümayiş etdirir, döyüşür, vuruşur. Ayxan Abbasov motivasiyası, taktiki bilikləri oyunçularda ruh yüksəkliyi yaradır. Bu da işə yarayır. "Neftçi" ilə oyun göstərdi ki, "Şamaxı" bu mövsüm də liderlər qrupunda olmaq istəyənlərə çətinlik yaradacaq.


Misli Premyer Liqası

1-ci dövrə, 1-tur

"Neftçi" - "Şamaxı" 1:1

16 avqust 2025. Saat 20:00. Bakı. Palms Sport Arena. 2700 tamaşaçı.
Baş hakim: Elçin Məsiyev
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov
Dördüncü hakim: Kamranbəy Rəhimov
VAR hakimi: İnqilab Məmmədov
VAR hakiminin köməkçisi: Şirmamed Mamedov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Sarı vərəqələr: Kristian Kostin, 22 (qeyri-idman hərəkəti) // Rikardo Apolinario, 19 (qeyri-
idman hərəkəti)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Ayxan Abbasov, 60 (hakimin qərarına etiraz)
Qollar: Emin Mahmudov, 45+2 (p.) // Karim Rossi, 23
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 4 dəq.

"Neftçi": 13. Kenan Piriç, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov (77. Falaye Sako, 72), 17. Murad Xaçayev, 6. Sessi Dalmeyda (19. Ağadadaş Salyanski, 88), 24. Mustafa Sek
(22. Luis Ortis, 64), 5. İqor Ribeyro, 9. Bassala Sambu, 27. Kristian Kostin (7. Emil Səfərov, 64), 23. Cordan Rezabala
28. Alessio Kurçi, (10. Freddi Varqas, 64).

Ehtiyat oyunçular: 1. Emil Balayev, 81. Məhdi Həsənov, 4. Elvin Camalov, 47. Murad Məmmədov, 36. Həsən Mahmudov, 11. İmad Faraj.

Baş məşqçi: Samir Abasov

"Şamaxı": 1. Rikardo Fernandes, 17. Rafael Məhərrəmli (k), 82. Rüfət Abbasov, 9. Karim Rossi (5. Arsen Ağcabəyov, 80), 10. Andrey Tirkoveanu (7. Edqar Adilxanov, 46), 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario (27. Emil Süleymanov, 84), 11. Dioqo Balau (19. Abdullahi Şuaybu, 80), 4. Sezar Enrike, 44. David Santos, 8. Alfons Msanqa
(97. Oruc Məmmədov, 90+2).

Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 21. Bilal İsmayılov, 14. Ravil Qafarov, 24. Sənan Muradlı.

Baş məşqçi: Ayxan Abbasov

XƏLİL İBADLI
Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

17:07

MLS klubu fransalı futbolçu ilə razılığa gəldi

16:45

"Arsenal"ın yeni transfer hədəfi

16:16

Bellinqemin mövqeyi dəyişə bilər

16:00

“Tanqoçular”da dəyişiklik

15:45

Bölgə klubunda ayrılıq

15:28

Müqavilələrlə bağlı yeni tələb

15:05

Martinesin durumuna aydınlıq gəldi

14:50

Boş tribunalara görə tənqid

14:30

PSJ-nin satmaq istədiyi futbolçu

14:04

"Qalatasaray" PSJ-nin futbolçusu üçün hərəkətə keçdi

13:49

Məşhur futbolçunun oğlu "Liverpul"la müqavilə bağladı

13:25

"Sumqayıt"ın futbolçusu uzun müddət sıradan çıxdı

13:03

FIFA-dan milliyə qadağa

12:48

Koreyalı futbolçu üçün danışıqlar başladı

12:19

"Şəfa"dan növbəti transfer - RƏSMİ

12:02

Dünya çempionatının ən yaxşı futbolçuları - SİYAHI

11:51

"Yuventus" qapıçı axtarışında

11:24

Tarixin dördüncüsü

11:01

DÇ-2026: Ev sahibi Bosniya və Herseqovinaya qarşı

10:48

İlk oyunların ən yaxşı futbolçuları

10:30

İrandan qaçan futbolçu Azərbaycanda oynayacaq?

10:05

"Çelsi"dən ayrılır

09:50

Mundiallar tarixinin ən yaşlı baş məşqçisi oldu

09:29

DÇ-2026: Açılış oyununda bədbəxt hadisə

09:00

Cənubi Koreyadan qələbə

01:05

DÇ-2026: Ev sahibi açılış matçını qalib başa vurdu

23:58

DÇ-2026: Argentina millisinin heyətində dəyişiklik

23:27

Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyasından təyinat alıb

22:57

“Benfika”nın hücumçusu Türkiyə yolunda

22:24

Mourinyo yenidən “Real”da - RƏSMİ

21:47

DÇ-2026: Açılış mərasimi başlayıb

21:37

Millimizin üzvü dünya reytinqinin zirvəsində

20:58

Premyer Liqaya yüksəldi - LOQOSUNU DƏYİŞDİ

20:38

I Liqa klubunda yeni müqavilə

20:23

Stolüstü tennis üzrə Liqa turniri başa çatıb

19:58

Millilərimizin rəqibləri bəlli oldu

19:27

“Lill”in futbolçusu “Sabah”da - RƏSMİ

19:04

“Sabah”dan “Zirə”yə - RƏSMİ

18:54

“Şamaxı”dan növbəti transfer - RƏSMİ

18:15

Daha bir klub avrokubok oyunlarını Sumqayıtda keçirəcək - ÖZƏL

18:00

Bundesliqa təmsilçisindən transfer

17:32

İran mundial oyunlarını boykot edə bilər

17:31

"Qarabağ"da İdarə Heyətinin iclası keçirildi

17:07

Premyer Liqaya yüksələn klub baş məşqçini göndərdi

16:48

Ölkə çempionatı keçiriləcək

16:29

"Mançester Siti" sabiq futbolçusunu istəyir

16:12

"Karvan-Yevlax"da daha iki ayrılıq

16:06

Premyer Liqa klubu cərimələndi

15:45

"Beşiktaş"dan 9 milyonluq təklif

15:23

Klub tarixinin ən bahalı transferi

15:05

"Sabah"ın futbolçusu əməliyyat olundu

15:01

Millimiz FIFA reytinqində gerilədi

14:34

Mundialın tarixinə düşməyə hazırlaşırlar

14:04

PSJ ulduz futbolçunu heyətinə qatmağa çalışır

13:50

Elitaya yüksələn klub alban məşqçi gətirdi

13:30

Klub sahibinə sərt cəza

13:05

"Qarabağ"da yeni müqavilə - RƏSMİ

12:38

70 milyon avroluq tələb

12:19

Rusiya klubu "Qalatasaray"ın müdafiəçisi ilə maraqlanır

12:02

Beynəlxalq transfer qaydalarında dəyişiklik

11:47

Mbappe tənqid hədəfinə çevrildi

11:30

Kasilyas sabiq klubunu məhkəməyə verdi

11:11

Tevesi Sampaoli əvəzlədi

10:49

"Zirə"də beş müqavilə

10:30

Baş məşqçi ilə yeni müqavilə

10:10

"Real"ın sabiq baş məşqçisi hansı klubla danışıq aparır?

09:50

FİFA-ya qarşı araşdırma

09:29

18 yaşlı hücumçu "Barselona"da

09:01

Dünya çempionatı start götürür

00:47

Sabiq “Fənərbaxça”lı “Şaxtyor”da