
"Barselona"nın qolkiperi Mark-Andre Ter Ştegen karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sport1.az xəbər verir ki, almaniyalı qolkiperin xidmətlərində "Aston Villa" maraqlıdır.
Emiliano Martinezin klubdakı gələcəyinin qeyri müəyyən olmasından narahat olan Birmingem təmsilçisi Ter Ştegeni onun əvəzləyicisi kimi görür.
Qeyd edək ki, Almaniya millisinin üzvünün "Barselona" ilə müqaviləsi 2028-ci ilə qədər keçərlidir.