“Araz-Naxçıvan” təxirə salınmış matçdan qalib ayrıldı

Bölmə adı Digər
Yayımlandı 18-12-2025, 17:14

Futzal üzrə Azərbaycan Yüksək Liqasında 9-cu turdan təxirə salınmış “Araz-Naxçıvan” – U-19 matçı keçirilib.

Sport1.az xəbər verir ki, “Olimpik Star”da baş tutan görüş Naxçıvan təmsilçisinin 12:2 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra son ölkə çempionu qış fasiləsinə 25 xalla turnir cədvəlinin zirvəsində yollanıb. U-19 isə 6 xalla beşincidir.

Futzal üzrə Azərbaycan Yüksək Liqasında 3-cü dövrəyə 2026-cı il yanvarın 19-da start veriləcək.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR