Tur “Sərhədçi”də başlayır

Bölmə adı ABL
Yayımlandı 18-12-2025, 12:32

Bu gün Azərbaycan Basketbol Liqasında X tura start veriləcək.

Sport1.az xəbər verir ki, ilk oyun günündə bir görüş keçiriləcək. B qrupunda “Sərhədçi” “Sumqayıt”la qarşılaşacaq. Matç “Sərhədçi” İdman Mərkəzində, saat 20:00-da start götürəcək.

“Sumqayıt” qrupda 5-ci, “Sərhədçi” isə sonuncu – 6-cı pillədə qərarlaşıb. Hər iki komandanın 11 xalı var.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR