Ançelotti vəzifəsindən uzaqlaşdırılıb

Bölmə adı Futbol
Yayımlandı 18-12-2025, 11:54

Braziliyanın “Botafoqo” klubu baş məşqçisi Davide Ançelotti ilə yollarını ayrılıb.

Sport.azxəbər verir ki, mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Davide bu ilin yayından komandaya rəhbərlik edirdi. “Botafoqo” onun başçılığı altında 14 qələbə qazanıb, 11 dəfə heç-heçə edib, 7 dəfə uduzub.

Davide Braziliya millisinin baş məşqçisi Karlo Ançelottinin oğludur.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR