
"Çelsi"nin heyətində ciddi itki baş verib.
Sport1.az xəbər verir ki, London təmsilçisinin futbolçusu Estevao sıradan çıxıb.
Ayaq əzələsindən zədə alan 18 yaşlı oyunçu Premyer Liqanın XVII turu çərçivəsində "Nyukasl"la keçiriləcək matçda iştirak edə bilməyəcək.
Qeyd edək ki, Braziliya millisinin üzvü bu mövsün "Çelsi"nin heyətində meydana çıxdığı 21 rəsmi matçda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.