
“Qarabağ”ın hücumçusu Nəriman Axundzadənin gələcəyi sual altındadır.
Sport1.az xəbər verir ki, gənc forvarda Avropanın bir neçə klubundan ciddi maraq var. Bu barədə hələ həftələr əvvəl məlumat verilsə də, son dönəmlərdə yaşanan hadisələr futbolçunun qərarını sürətləndirib.
Bildirilir ki, Nəriman Axundzadə legioner həyatı yaşamaq istəyini baş məşqçi Qurban Qurbanova da çatdırıb. İlkin mərhələdə onun ən yaxşı halda yay aylarında ölkəni tərk edəcəyi gözlənilirdi.
Lakin “Ayaks”la oyundan sonra ünvanına səslənən tənqidlər forvardın psixoloji durumuna təsir edib. Məhz bu amildən sonra futbolçunun “Qarabağ”da qalmaqla bağlı mövqeyini daha da sərtləşdirdiyi qeyd olunur.
Məlumata görə, Axundzadə mümkün ayrılığı artıq qış fasiləsində reallaşdırmaq variantını da nəzərdən keçirir və bu barədə klub rəhbərliyini məlumatlandırıb.