son dəqiqə SON DƏQİQƏ
"Landau Lions"da yeni təyinat Millimiz Litvaya yollandı Çimərlik güləşində həlledici sınaq "Sumqayıt"dan növbəti transfer "Araz-Naxçıvan"ın yoxlama matçlarının tarixi müəyyənləşib ABŞ-li oyunçu Azərbaycan klubunda "Epizodları dəyərləndirə bilmiriksə, yəqin ki, ustalığımız çatmır" Premyer Liqa klublarının yay transferləri PFL-in prezidenti Elxan Səmədov İsgəndər Cavadovla görüş keçirib Azərbaycan paracüdoçuları Dünya Çempionatında iştirak edəcəklər Afrika Millətlər Kuboku: Qrup mərhələsinin oyunları başlayır Millətlər Liqası: Yığmamızın rəqibləri Litvada üz-üzə gələcək Azərbaycan millisi Avropa Çempionatında rekord vurub U-16 millimizin heyəti açıqlandı ÇL: "Birbaşa Bakı" qələbə qazandı, "Zirə" heç-heçə etdi, "Aznur" uduzdu "Qəbələ" yoxlama matçlarına çıxacaq "Sabah"dan növbəti təqdirəlayiq addım "Xalq olaraq emosionalıq və gücümüzü birlikdən alırıq" Günün oyunları: "Milli formanı geyinirsənsə, matçın statusunun fərqi yoxdur" "Neftçi" veteran futbolçu İsgəndər Cavadovu təbrik etdi Azərbaycanın voleybol klubu heyətinə legioner oyunçu cəlb etdi Avropa Çempionatı: İki boksçumuz finalda, 1-i bürünc medala yiyələnib Yığmamız “Kəpəz”lə qarşılaşacaq Millimizdən minimalhesablı qələbə Ayxan Abbasov: “Gənclərə yol açmaq lazımdır” “Azərbaycan D liqasında olmağa layiq deyil” Azərbaycan millisi Bakıda yoldaşlıq oyununa çıxıb

Rüfət Abdullazadə legioner həyatı yaşamaq istəyir - MÜSAHİBƏ

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 4-06-2025, 18:12

“Səbail”in futbolçusu Rüfət Abdullazadənin Sport1.az–a müsahibəsi…

- Premyer Liqanı tərk etməyiniz əvvəlcədən təsdiqlənmişdi. Niyə belə oldu?
- Mövsüm ağır, gərgin keçdi. Nə qədər çalışsaq da, nəticələrimizi yaxşılaşdıra bilmədik və komandamızı elitada saxlaya bilmədik. Amma sonuncu turda meydana qələbə üçün çıxaraq qapını möhkəm çırpmaq istəyirdik ki, bunu da bacarmadıq. Deməyə sözüm yoxdur. İnanıram ki, “Səbail” I Liqada daha yaxşı mübarizə apararaq yenidən güclülər dəstəsinə qayıdacaq. Komandaya uğurlar arzu edirəm.

-Bir kapitan olaraq “dənizçilər”in I Liqaya yuvarlanmasında əsas günahkarlar kimdədir?
- Hesab edirəm ki, özüm daxil bütün futbolçuların bu işdə günahları var. Mövsümün əvvəlində heç də yaxşı oyunlar keçirə bilmədik. Bunun nəticəsində qızıla bərabər xallar itirdik. Ondan sonra da toparlanmaqda çətinlik çəkdik.

- Gələcək karyeranı harada davam etdirəcəksən?
- Hələlik istirahət edirəm. Amma danışıqlar gedir. Məqsədim ölkə xaricinə yollanaraq legioner həyatı yaşamaqdır. Düşünürəm ki, artıq özümü fərqli çempionatlarda sınayım və yaxşı tərəfdən göstərim.

- Yerli klublarımızdan təkliflərin yoxdur?
- Var. Amma başlıca məqsədim legioner həyatı yaşamaqdır.

- Ölkə xaricindən təkliflər qonşu, yoxsa uzaq dövlətlərdəndir?
- Bu barədə hazırda nəsə demək istəmirəm. Zamanla hər şey aydın olacaq.

- Qarşıdan yığmamızın iki yoldaşlıq görüşləri gəlir...
- Hər ikisi bizə tanış və güclü rəqiblərdir. Millimizə uğurlar arzu edirəm. İnanıram ki, seçmə mərhələ ərəfəsində yaxşı hazırlıq keçib, yoldaşlıq görüşlərində özlərini müsbət tərəfdən göstərərək uğurlu nəticələr əldə edəcəklər.

MİRZƏ S

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR