
“Tottenhem”in vingeri Brennan Conson İngiltərə Premyer Liqasının digər klubuna keçə bilər.
Sport1.az xəbər verir ki, uelsli futbolçu ilə “Kristal Pelas” maraqlanır. Onlar 24 yaşlı oyunçunu qışda heyətinə qatmaq istəyir.
Consonun “Tottenhem”lə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.
Qeyd edək ki, o, cari mövsümdə “Tottenhem”in heyətində 19 oyuna çıxıb və 4 qol vurub.