
“Liverpul”un baş məşqçisi Arne Slot “Brayton”a qarşı keçirilən oyunda (2:0) Məhəmməd Salahın heyətdə yer alması ilə bağlı danışıb.
Sport1.az xəbər verir ki, Slot oyundan sonra keçirilən mətbuat konfransında Salah haqqında ünvanlanan suala belə cavab verib:
"Düşünürəm ki, o, rəqib üçün real təhlükə idi. İlk toxunuşu ilə demək olar ki, Mak Allisterə qol ötürməsi verirdi. Daim hücumlarımızda iştirak edirdi. Mo olanda bu dərhal hiss olunur. Bunu görmək xoşdur, baxmayaraq ki, bu, sürpriz deyil. Onu heyətə daxil etmək qərarı sadə idi. Onunla aramızda danışılan hər şey sirr olaraq qalacaq. O, bizə lazım idi və məhz o, ikinci qolda məhsuldar ötürməni verdi. Bu mövsüm standart vəziyyətlərdə mübarizəni çox tez-tez uduzmuşduq.
O, Afrika Millətlər Kubokuna yollanır və bu da o deməkdir ki, daha bir futbolçunu itiririk. Biz bunu mövsüm başlamazdan əvvəl də bilirdik. Ümid edirəm ki, bir-iki oyunçu zədədən sonra geri qayıda biləcək."