
"Mançester Yunayted" yayda yarımmüdafiəçisi ilə yollarını ayırmağı planlaşdırır.
Sport1.az xəbər verir ki, “qırmızı şeytanlar”ın rəhbərliyi 31 yaşlı futbolçunun böyük məbləğ qarşılığında satış variantını nəzərdən keçirməyə hazırdır.
Mançester təmsilçisi Fernandesin transferindən təxminən 80 milyon avro gəlir əldə etməyi planlaşdırır.
Onunla Səudiyyə Ərəbistanı çempionatında çıxış edən klubların maraqlandığı bildirilir.
Qeyd edək ki, Bruno Fernandes 2020-ci ilin yanvarından “Mançester Yunayted”in şərəfini qoruyur.