
"Leypziq"in vingeri Yan Diomande bir sıra İngiltərə nəhənginin maraq dairəsinə düşüb.
Sport1.az xəbər verir ki, kot'd ivuarlı futbolçunu "Liverpul", "Çelsi", "Tottenhem" və "Mançester Siti" klubları yaxından izləyir.
Bundesliqa təmsilçisi 19 yaşlı futbolçudan ən azı 100 milyon funt gəlir əldə etmək istəyir.
Qeyd edək ki, Diomande bu mövsüm meydanda olduğu 16 matçda 7 qol və 3 məhsuldar ötürməyə imza atıb.