Sabiq "Çelsi"li karyerasını başa vuracaq

Bölmə adı İngiltərə
Yayımlandı 13-12-2025, 09:13

"Çelsi"nin sabiq yarımmüdafiəçisi və "San-Paulo"nun şərəfini qoruyan Oskar karyerasını bitirəcək.

Sport1.az xəbər verir ki, futbolçu səhhətində yaranan problemlərdən sonra peşəkar idmanı tərk etmək qərarını yaxın dostlarına bildirib.

Oskar klubun təlim-məşq bazasında planlı müayinədən keçərkən huşunu itirib və San-Pauloda xəstəxanada həkim nəzarəti altında beş gün keçirib.

Futbolçuya qıcolma diaqnozu qoyulub. Bu, arterial təzyiqin və ürək döyüntüsünün azalması nəticəsində baş verən qısamüddətli huş itirmə halıdır.

"San-Paulo" rəhbərliyi vəziyyəti və oyunçunun gələcəyini müzakirə etmək üçün Oskarla görüşməyi planlaşdırır. Ona klubda iş təklif oluna bilər.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR