
"Bavariya" qışda müdafiəçisi Saşa Boe ilə yollarını ayırmağı planlaşdırır.
Sport1.az xəbər verir ki, fransalı futbolçu ilə "Kristal Pelas" yaxından maraqlanır.
Zədələr səbəbindən Bundesliqa klubunda möhkəmlənə bilməyən oyunçu özü də ayrılığa isti baxır.
Qeyd edək ki, Boe karyerası boyunca "Renn", "Diyon" və "Qalatasaray" kimi klublarda çıxış edib.